Icma.az
close
up
RU
DİM in imtahanı yenə problemli keçdi Lisning eşidilmədi, tapşırıqlar ağır oldu

DİM in imtahanı yenə problemli keçdi Lisning eşidilmədi, tapşırıqlar ağır oldu

Icma.az bildirir, Bakupost portalına istinadən.


Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə keçirilən qəbul və fəlsəfə doktoru imtahanında ciddi texniki problemlər müşahidə olunub.

Bakupost.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanın dinləyib-anlama (lisning) bölməsində səs sistemində yaranan nasazlıqlar iştirakçıların narazılığına səbəb olub. Bir çox imtahan mərkəzində səsləndirilən monoloq və dialoqlar ya çox zəif eşidilib, ya da ümumiyyətlə anlaşılmayıb. Bu isə abituriyentlərin tapşırıqları düzgün başa düşməsinə və cavablandırmasına ciddi maneə yaradıb.

“Səsin keyfiyyəti çox aşağı idi, elə bil səs-küy içində birini dinləyirsən. Belə bir vəziyyətdə düzgün cavab vermək mümkün deyil,” – deyə imtahan iştirakçılarından biri bildirib.

İştirakçılar həmçinin test tapşırıqları və yazı blokunun da əvvəlki illərlə müqayisədə xeyli çətin olduğunu vurğulayıblar. Xüsusilə dildən istifadə və esse bölməsində təqdim olunan materialların yüksək səviyyədə dil bilikləri tələb etməsi iştirakçılarda narazılıq yaradıb.

Texniki problemlər ilk dəfə deyil

Qeyd edək ki, bu, xarici dil imtahanlarında ilk texniki nasazlıq deyil. Son bir neçə il ərzində keçirilən imtahanlarda da oxşar şikayətlər qeydə alınıb. İştirakçılar dinləmə blokunda səs sisteminin bərbad olması, bəzi mərkəzlərdə akustikanın zəifliyi, səsin bərabər paylanmaması və texniki heyətin hazırlıqsızlığı ilə bağlı dəfələrlə etiraz ediblər.

Buna baxmayaraq, Dövlət İmtahan Mərkəzi bu şikayətlərlə bağlı sistemli və davamlı bir tədbir görmədiyindən narazılıq ildən-ilə daha da artır. Namizədlər hesab edirlər ki, texniki səbəblərdən imtahanda uğursuz nəticə göstərmək ədalətsizlikdir və bu vəziyyətə görə alternativ imkanlar yaradılmalıdır.

İmtahanın detalları

İyunun 22-də keçirilən imtahanda ümumilikdə 2 144 nəfər iştirak edib. Onlardan 1 797 nəfəri doktoranturaya qəbul, 344 nəfəri isə fəlsəfə doktoru imtahanı üzrə qeydiyyatdan keçib. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahan dörd blokdan ibarət olub: dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə və yazı. Namizədlər 1 saat 30 dəqiqə ərzində test tapşırıqlarını cavablandırıb, daha sonra 15 dəqiqəlik fasilədən sonra yazı blokunu yerinə yetiriblər. Danışıq bloku isə 1–4 iyul tarixlərində ayrıca keçiriləcək.

İmtahanda maksimal bal 50-dir. Dinləmə, oxuma və leksik-qrammatik bölmələr üzrə suallar bir balla qiymətləndirilir. Yazı və danışıq bloklarının hər biri 10 ballıq sistemlə ölçülür.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri