Icma.az
close
up
RU
DİM in sədri təhsilli valideynlərin övladlarının 600 dən çox bal topladığını deyir: Razılaşmayan çoxdur...

DİM in sədri təhsilli valideynlərin övladlarının 600 dən çox bal topladığını deyir: Razılaşmayan çoxdur...

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla bağlı maraqlı fikir səsləndirmişdi. O, 600-dən çox bal yığan şagirdlərin valideynlərinin ən azı birinin təhsilli olduğunu demişdi. Bu fikir sosial mediada hələ də ciddi müzakirə olunur. Məleykə Abbaszadə ilə razılaşmayanlar çoxdur.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri açıqlamasında 29 illik anket sorğularından bu nəticəyə gəldiklərini bildirmişdi. Məleykə Abbaszadə xüsusilə müəllim övladlarının uğur qazandığını demişdi.

“Uşaqların nəticəsi valideynlərin təhsilindən asılıdır. Bu illər ərzində birmənalı şəkildə belə nəticə görmüşük”.

Sosial media istifadəçilərindən Zəminə İmamquliyeva yazır ki, qızı universitetlərin birindəki ingilis dili fakültəsinə 626 balla daxil olub. O, evdar qadın olduğunu, fəhlə işləyən həyat yoldaşı kimi heç vaxt təhsil almadığını bildirib. Şəfa Bağırova da Zəminə İmamquliyeva kimi evdar qadın olduğunu, həyat yoldaşının bənnalıq etdiyini qeyd edib. Onların övladı da valideynlərinin təhsilsizliyinə baxmayaraq, 600-dən yüksək bal toplayıb.

Xədicə Həsənova erkən ailə həyatı qurub. Doqquzuncu sinifdən sonra məktəbə getməyib. Onun həyat yoldaşı isə onuncu sinifdə təhsillə vidalaşıb. Buna baxmayaraq, evdəki hər iki uşaq yüksək balla ali təhsil almağı bacarıb.

Elmir Rzayev imtahanlarda ümumilikdə 640 bal toplayıb: “Bu fikirlə razılaşmaq olmur. Çünki mənim valideynlərimin ikisi də təhsilsizdir”.

45 ilin müəllimi olduğunu yazan Fəridə Ağayeva başqa amilin vacib olduğunu qeyd edib: “Tam əminəm ki ən yuksək bal toplayan usaqlarin 80-90 faizi ata-analarinin necə əziyyət cəkdiyini, əlinin qabarini gorən usaqlardir”.

Ola bilər ki, valideynlərin təhsilli olması övladların təhsilə münasibətində vacib rol oynasın. Az hallarda ali təhsil almış ata-ananın uşağı başqa istiqamət seçir. Amma hamının kökü uzağı 100-150 il əvvəl təhsilsiz əcdada gedib çıxır. Yəni hər insan bir gün özündən böyüklərin intellekt səviyyəsindən asılı olmayaraq təhsilə çata bilər.

Əslində, başqa müşahidədən danışmaq olardı. Demək olar, repetitorsuz 600-dan yüksək bal toplamaq olmur. Nadir hallarda hansısa şagird kənar kömək olmadan yüksək nəticə göstərir. Məktəb bütün məsuliyyəti üzərinə götürə bilmir. Məhz bu fikir səsləndirilsəydi, razılaşan çox olacaqdı.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri