Icma.az
close
up
RU
DİM in yaratdığı Azərbaycan dili imtahanı üzrə onlayn platforma TƏNQİD edildi “İşinə səhlənkar yanaşırsa...”

DİM in yaratdığı Azərbaycan dili imtahanı üzrə onlayn platforma TƏNQİD edildi “İşinə səhlənkar yanaşırsa...”

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platforması yaradıldı. Platforma ilkin olaraq demo versiyada istifadəyə verilir. İlkin nəticəni əldə etmək üçün 2000 nəfərin nəticəsi lazımdır.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM)  İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə deyib.
Bu, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Platformanın gələcəyi ilə bağlı müsbət fikirə rast gəlmək demək olar ki, mümkün deyil. İnsanlar bu platformanın da nəticə verməyəcəyini düşünürlər.

Platformanın əhəmiyyəti barədə fikirlərini bölüşən təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, son dönəmlər DİM-in həyata keçirdiyi bütün islahatlar ciddi şəkildə tənqid olunur.

Ekspert hesab edir ki, buna səbəb görülən işlərin heç bir nəticə hasil etməməsidir.
"Buraxılış imtahanları ilə bağlı da ciddi müzakirələr başlayıb. DİM indiyədək hər birimizin təsəvvüründə ideal imtahan sistemi quran bir qurum kimi tanınırdı, amma təəssüflər olsun ki, bir neçə ildir bu əksinə oldu. Qurum tənqid və müzakirələrdən dolayı hər dəfə yenilik etməyə çalışır. Lakin ən pisi də budur ki, belə təşəbbüslərin özü də nəticəsiz qalır”,- o deyib.
M.Məmmədlinin sözlərinə görə, sertifikasiya imtahanlarının onlayn platforması bəri başdan artıq qüsurlu, hər kəsin fikrini ifadə edə bilməyən bir sistem kimi qəbul edildi.

“Düzdür, öncədən öngörülərlə danışmaq olmur, amma DİM-in son dönəmlər apardığı islahatlara baxanda sözügedən mövzu barədə də fikir söyləmək mümkündür. Əvvəlki illərdə imtahanların nəticəsi 2-3 gün ərzində bilinirdisə, indi 6 həftəyə, 4 həftəyə bilinir. Bu hallar artıq qurumun öz işində iflasa uğradığının göstəricisidir. DİM işini operativ qura bilmirsə, səhlənkar yanaşırsa, yeni yaradılan platformaya da qarşı ümidli ola bilmərik”,- deyə ekspert fikrini yekunlaşdırıb.
Ayşən Rəhim, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Mart 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri