Icma.az
close
up
RU
DİM in yeni qaydaları imtahanda hansı ŞANSLARI VERİR? Ekspert AÇIQLADI

DİM in yeni qaydaları imtahanda hansı ŞANSLARI VERİR? Ekspert AÇIQLADI

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“DİM keçən il buraxılış imtahanında iştirak edib, obyektiv, yaxud subyektiv səbəblərdən ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmayan şagirdlərə topladıqları balı qüvvədə saxlamaq və ya bu il keçiriləcək buraxılış imtahanına qeydiyyatdan keçərək, daha yüksək bal toplamaq istəyənlərə şans tanıyır”.

Bunu Gununsesi.info-ya təhsil eksperti Rizvan Fikrətoğlu buraxılış imtahanlarının keçirilmə tarixlərinin elan edilməsini şərh edərkən deyib.

O bildirib ki, artıq buraxılış imtahanlarının və eləcə də bir sıra imtahanların keçirilmə tarixlərini Dövlət İmtahan Mərkəzi (DİM) elan edib.

“Buraxılış imtahanında iştirak edəcək abituriyentin nəticəsi aşağı olduqda, onlar keçən il toplanılan ballarını əsas götürə bilərlər. Blok imtahanlarında isə abituriyentlərə hər il imtahanda iştirak üçün iki dəfə şans verilir. Hansı şansda nəticə yüksəkdirsə, abituriyent üçün əsas o mərhələ hesab edilir. Bu qayda həmçinin magistraturaya qəbul imtahanında da tətbiq olunur”, – deyə o qeyd edib.

R.Fikrətoğlu əlavə edib ki, buraxılış imtahanlarının asan olmasının bir neçə məntiqi əsası var.

“Bu imtahan vasitəsilə Azərbaycan dili, riyaziyyat və xarici dildən attestata qiymət yazılır. Habelə, kolleclərə və yüksək texniki peşə məktəblərinə buraxılış imtahanının nəticəsinə müvafiq olaraq qəbul olmaq olur. Keçən il buraxılış imtahanlarında nəticənin yüksək olmasının bir səbəbi də məzunların yaxşı hazırlaşması idi”, – deyə ekspert bildirib.

Ekspertin fikrincə, blok imtahanları ali məktəbə qəbul üçün keçirildiyindən, daha çətin və ciddi olmalı, buraxılış imtahanlarından fərqli olaraq səhv cavablar düzgün nəticəyə təsir etməlidir.

“Plan yerlərinin artırılması, abituriyentlərin ciddi hazırlaşması onların şanslarını qiymətləndirmək və daha doğru seçimlər etmələrini təmin edir. Balların qalxması və ya düşməsi hər il mümkündür, bu isə imtahanın çətinlik səviyyəsi, abituriyentlərin hazırlığı və digər faktorlarla bağlıdır. Lakin bu il balların qalxması ehtimalı çox deyil, əksinə, bir sıra ixtisaslarda balların enməsi gözlənilir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:473
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri