Icma.az
close
up
RU
“Wi Fi” üzərindən məlumat oğurluğu necə baş verir? Ekspert AÇIQLADI

“Wi Fi” üzərindən məlumat oğurluğu necə baş verir? Ekspert AÇIQLADI

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Müasir dövrdə internetdən istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və insanların böyük əksəriyyəti “Wi-Fi” şəbəkələrindən istifadə edir. Lakin bu rahatlıqla yanaşı, kibertəhlükələr də artmaqdadır. Xüsusilə “Wi-Fi” üzərindən məlumat oğurluğu halları son illərdə daha çox müzakirə olunan məsələlərdən birinə çevrilib.

İctimai məkanlarda açıq şəbəkələrdən istifadə, zəif qorunan ev “Wi-Fi” sistemləri və istifadəçilərin təhlükəsizlik qaydalarına yetərincə əməl etməməsi bu cür riskləri artırır. Bu səbəbdən, məlumatların necə ələ keçirilə biləcəyi və vətəndaşların özlərini bu kimi təhlükələrdən necə qorunması üçün diqqət etməli olduqları məqamlar var.

Məsələ ilə bağlı kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, “Wi-Fi” üzərindən məlumat oğurluğu ən çox istifadəçilərin təhlükəsizlik qaydalarına tam əməl etmədiyi hallarda baş verir:

“Bu, xüsusilə açıq və ya zəif qorunan şəbəkələrdə müşahidə olunur və ciddi risklər yaradır. Ən çox rast gəlinən hallardan biri açıq “Wi-Fi” şəbəkələrinə qoşulmaqdır. Məsələn, kafe, hava limanı və ya ticarət mərkəzlərində olan şifrəsiz internet şəbəkələrində məlumatlar şifrələnmədiyi üçün kiber cinayətkarlar istifadəçinin göndərdiyi məlumatları asanlıqla ələ keçirə bilirlər. Digər bir hal saxta “Wi-Fi” şəbəkələri ilə bağlıdır ki, buna “Evil Twin” hücumları deyilir. Bu zaman hücum edən şəxs real şəbəkəyə bənzər adda saxta “Wi-Fi” yaradır. İstifadəçi bu şəbəkəyə qoşulduqda bütün internet trafiki hücumçunun nəzarətinə keçir. Üçüncü hal isə şəbəkə üzərindən dinləmə yəni “sniffing” və ya “man-in-the-middle” hücumlarıdır. Bu hallarda hücumçu istifadəçi ilə server arasına daxil olaraq məlumatları oxuya və hətta dəyişdirə bilir. Digər bir risk isə zəif şifrələr və köhnə təhlükəsizlik standartlarından istifadə ilə bağlıdır. Məsələn, zəif “Wi-Fi” şifrələmə və ya köhnə VPN texnologiyalarından istifadə edildikdə şəbəkə asanlıqla qırıla bilər və kiber cinayətkarların müdaxiləsi mümkün olur. Bu cür hücumlar zamanı əsasən sosial şəbəkə hesabları, bank və kart məlumatları, e-poçt yazışmaları, şəxsi və korporativ məlumatlar oğurlanır”.

Ekspertin sözlərinə görə, istifadəçilərin qorunması üçün ilk növbədə açıq “Wi-Fi” şəbəkələrindən istifadə edərkən maksimum diqqətli olmaları vacibdir:
“Mümkün olduqda belə şəbəkələrdə bank əməliyyatları və ya şəxsi hesablara giriş edilməməlidir. Digər mühüm müdafiə vasitəsi VPN istifadəsidir. VPN internet trafikini şifrələyərək məlumatların ələ keçirilməsinin qarşısını alır. Bundan əlavə, istifadəçilər yalnız HTTPS protokolu olan saytlara daxil olmalıdırlar ki, bu da məlumat ötürülməsi zamanı əlavə təhlükəsizlik təmin edir. Həmçinin qoşulduğunuz “Wi-Fi” şəbəkəsinin rəsmi olub-olmadığını yoxlamaq vacibdir. Eyni adlı bir neçə şəbəkə varsa, bu artıq risk siqnalı sayılır. Digər vacib təhlükəsizlik tədbiri iki faktorlu autentifikasiyanın aktiv edilməsidir. Bu, şifrə oğurlansa belə hesabların qorunmasına kömək edir. Nəhayət, istifadəçilər cihazlarını və tətbiqlərini mütəmadi olaraq yeniləməlidirlər. Çünki köhnə versiyalar təhlükəsizlik boşluqları ilə zəngin olur və bu da kiber cinayətkarların sistemə daxil olmasını asanlaşdırır. Yekun olaraq qeyd etmək olar ki, “Wi-Fi” üzərindən məlumat oğurluğu texniki baxımdan mürəkkəb görünsə də, əksər hallarda istifadəçi səhlənkarlığından və kiber maarifləndirmənin zəif olmasından qaynaqlanır. Sadə təhlükəsizlik qaydalarına əməl etməklə bu riskləri ciddi şəkildə azaltmaq mümkündür”.
Nurcan Babək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri