Icma.az
close
up
RU
DİM proqramdan kənar sualı imtahana daxil etmir EKSPERT ŞƏRH ETDİ

DİM proqramdan kənar sualı imtahana daxil etmir EKSPERT ŞƏRH ETDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Ali məktəblərə qəbul prosesinin ilk mərhələsi olan buraxılış imtahanlarına artıq start verilib. Martın 2-də 11-ci sinif şagirdlərinin buraxılış imtanları keçirilib. Buraxılış imtahanları ümumilikdə 57437 şagirdi əhatə edib və ümumilikdə buraxılış imtahanlarından sonra sualların müzakirəsi ilə bağlı ümumiyyətlə ictimai bir rəy formalaşır. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.

Onun sözlərinə görə, həm təhsil mütəxəssisləri, həm valideynlər, həm müəllimlər, eyni zamanda abituriyentlərin özləri belə həm imtahandan sonra sualların çətinlik və yaxud rahat olması ilə bağlı öz fikirlərini ifadə edirlər. "Əvvəlki illərlə müqayisədə sualların çətin və tədris proqramından kənar qoyulduğu iddiası var. Dövlət İmtahan Mərkəzi ümumiyyətlə imtahana proqramdan kənar sual daxil etmir. Heç bir sual proqramdan kənar olmur və ola da bilməz. Amma sualın çətinlik dərəcəsi əlbəttəki mümkündür.

Ümumilikdə bu prosesi Dövlət İmtahan Mərkəzi həyata keçirir və sualları yalnız tədris proqramı üzərindən tərtib edir. Sualların tədris proqramından kənar olması mümkün deyil. Amma əlbəttə ki, çətin və asan suallar da olur. Dünənki imtahanda sualların kifayət qədər çətin olması iddiası ilə razı deyiləm. Hesab edirəm ki, imtahanlarda düşən suallar ümumilikdə tədris proqramını əhatə edir və normal suallar olub. Ümumilikdə imtahan sualları kifayət qədər çətin olub. Təbii ki, biz şagirdlərdən maksimal nəticə gözləyə bilmərik. Bu düzgün deyil. Amma digər tərəfdən hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda sualların tərtibində məqsəd şagirdlərin nəticələrini aşağı salmaq deyil. İmtahan bir ölçmədir. Hesab edirəm ki, bizim imtahanlarda uğur ilə nəticə əldə etmiş kifayət qədər şagirdlərimiz olacaq. Bu il əksər şagirdlər uğur əldə edəcək. Dünən imtahanda salınmış suallar da onun ümumi çətinlik baxımından hər hansı bu prosesə əngəl törətməyəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri