Icma.az
close
up
RU
DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib

DİM qabiliyyət imtahanlarını müşahidə məqsədilə mediatur təşkil edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 iyun, AZƏRTAC

2025/2026-cı tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə 29 min 197, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün 4600, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 3981 olmaqla, ümumilikdə 36 min 778 nəfər qeydiyyatdan keçib.

AZƏRTAC xəbər verir ki, bunu qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə ilə təşkil olunan mediaturda Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi mediaturda sektor müdiri Eltun Süleymanov bildirib.

“İmtahanlara iyunun 20-dən start verilib və avqust ayının ortalarına qədər davam edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə seçimi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul prosesinin tərkib hissələrindən biridir. Qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunur. İmtahanlar təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, idman və jurnalistika olmaqla altı istiqamət üzrə keçirilir. Qabiliyyət imtahanlarının məzmunu açıqdır və hər bir komissiya üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib”.

DİM-in İmtahanların və idarəedilməsi departamentinin böyük məsləhətçisi Elşən Rəhimli isə bildirib ki, idman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur. Regionlarda isə Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman Komplekslərində imtahanlar keçirilir. Məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanları Gənclər və İdman Nazirliyi tərəfindən müəyyənləşdirilmiş məkanlarda aparılır: “Bu imtahanlarda Dövlət İmtahan Mərkəzinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri, müvafiq idman federasiyalarından peşəkar ekspertlər və “İdman könüllüləri və azarkeşləri” İctimai Birliyinin könüllüləri iştirak edirlər”.

E.Rəhimli qeyd edib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda hər gün imtahanlarda 240 abituriyentin iştirakı nəzərdə tutulub: “Dörd normativ üzrə imtahan götürülür. Bunlar yerindən tullanma, dartınma, 100 metrə qaçış və 1000 metrə qaçışdır. İmtahanın nəticələrini abituriyentlər səhəri gün elektron formada görürlər. Abituriyentlərə yerində imtahan nəticələri bildirilir və onlar normativlərə uyğun imtahan nəticələrini müəyyənləşdirə bilərlər. Abituriyentlər apellyasiyaya müraciət edə bilərlər. Biz imtahanın videogörüntüsünə baxırıq, yenidən hesablayırıq. Təkrar imtahan üzrə müraciətlərə baxılmır”.

Məlumata görə, idman istiqamətinə aid imtahanlarda iştirak etmək üçün 20 min 925 nəfər qeydiyyatdan keçib. İdman istiqaməti üzrə 61 (məşqçilik), 62 (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi, kütləvi-sağlamlaşdırıcı idman) və 63-cü (fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyalar mövcuddur. Ümumi və tam orta təhsil bazalarından orta ixtisas təhsil müəssisələrinə qəbul üçün isə müvafiq olaraq 152 (fiziki tərbiyə müəllimliyi) və 6401-ci (fiziki tərbiyə müəllimliyi) komissiyaları var. 62, 63, 6401 və 152-ci komissiyalar üzrə imtahanlar ümumi fiziki hazırlıqdan təşkil olunur, nəticələr məqbul və qeyri-məqbulla, 61-ci komissiya üzrə isə balla qiymətləndirilir. 61-ci komissiyada, həmçinin bəzi idman növləri üzrə imtahanlar 2 mərhələli olur – birinci ümumi fiziki hazırlıqdan ikinci isə ixtisasdan aparılır.

Xoreoqrafiya üzrə qabiliyyət imtahanları Bakıda 189-190 nömrəli tam orta məktəbdə keçirilir. DİM-in xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun əməkdaşı Günel Qulamov bildirib ki, xoreoqrafiya üzrə qabiliyyət imtahanlarında gün ərzində 70 abituriyent iştirak edir. O deyib: “İyunun 23-dən başlayan imtahanlar iyulun 7-dək davam edəcək. Buraxılış imtahanında minimal 30 bal toplayan abituriyentlər qabiliyyət imtahanına keçid haqqı qazanır. Abituriyentlər milli rəqs, modern rəqs, baletmeyster sahələri üzrə hazırladıqları rəqsləri təqdim edir, suallara cavab verib qiymət alırlar. Bu ixtisas üzrə qiymətləndirmə 10 ballıq şkala ilə aparılır. 6 bal və daha yuxarı nəticə göstərənlər imtahandan keçmiş sayılır. Abituriyentlər buraxılış imtahanından az bal yığsalar da, qabiliyyət imtahanı nəticələrindən 10 bal toplamaqla ali təhsil müəssisələrinin ödənişsiz pulsuz ixtisaslarına qəbul ola bilirlər”.

O qeyd edib ki, teatr kino və xoreoqrafiya istiqaməti üzrə imtahanlara iyunun 23-də start verilib. Bu istiqamətə aid 18 komissiya üzrə 1649 nəfərin imtahan verməsi nəzərdə tutulur: “Musiqi sənəti istiqaməti üzrə imtahanlara iyulun 1-dən start veriləcək. Bu istiqamətdə 36 komissiya üzrə 3060 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı, Gəncə, Şəki, Lənkəran, Bərdə və Naxçıvanda keçiriləcək”.

Qeyd edək ki, abituriyentlər DİM-in qabiliyyət imtahanlarının tarixlərini öyrənə bilərlər. İmtahan tarixləri müəyyən olunduqca siyahı yenilənərək saytdakı qrafikə əlavə olunur. Abituriyentlər imtahandan 5 gün əvvəl qeydiyyatdan keçdikləri səhifədən imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Ali təhsilin bakalavriat səviyyəsi üzrə memarlıq, jurnalistika və islamşünaslıq ixtisasları üzrə keçiriləcək qabiliyyət imtahanlarına qeydiyyat həmin ixtisasların aid olduğu müvafiq qrupların 2-ci cəhd imtahanlarının nəticələri açıqlandıqdan sonra aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see263

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see144

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see116

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see116

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see115

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see115

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see113

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

07 Avqust 2025 14:03see113

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see113

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see112

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see112

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see111

Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər ABŞ nin Azərbaycandakı keçmiş səfiri

07 Avqust 2025 19:24see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri