DİM qiymətləndirmə prosesində yeniliklər tətbiq etməyə hazırlaşır AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə prosesində yeniliklər tətbiq etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə qurumun keyfiyyət idarəetmə sisteminin təkrar auiditinin nəticələrinə həsr olunmuş tədbirində deyib.
O bildirib ki, xüsusilə hazırda istifadə edilən ənənəvi Bolonya sistemindən yeni, daha təkmil qiymətləndirmə metodlarına keçid planlaşdırılır: “Bu istiqamətdə “Yüksəliş” müsabiqəsində artıq pilot layihələr həyata keçirilib. Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən bu layihələr elmi yanaşmalar əsasında yeni qiymətləndirmə alətlərinin sınaqdan keçirilməsinə yönəlib. Digər bir əsas istiqamət isə rəqəmsal imtahan sisteminə keçiddir. DİM-in gələcək planlarının mühüm hissəsi bir sıra imtahanların tamamilə rəqəmsal formata keçirilməsidir. Rəqəmsal imtahanların bir hissəsi artıq audit prosedurlarından keçib və sertifikatlaşdırılıb. Bu, xüsusilə dövlət qulluğuna qəbul və müxtəlif işə qəbul imtahanları üçün tətbiq olunur. Elektron imtahanların nəticələrinin də auditdən keçməsi onların etibarlılığını və beynəlxalq standartlara uyğunluğunu təmin edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Yanvar 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















