Icma.az
close
up
RU
DİMdə “Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları” kitabının təqdimatı olub AZƏRTAC

DİMdə “Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları” kitabının təqdimatı olub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 19-da Dövlət İmtahan Mərkəzində (DİM) Bakı Avropa Liseyinin direktoru psixologiya elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Veysovanın “Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatdan öncə qonaqlar DİM-in elmi-metodiki nəşrləri və xidmətləri ilə bağlı sərgiyə baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllif haqqında – onun müasir təlim və tədris prosesində yeniliklərin təşəbbüsçüsü kimi təhsil sahəsində xidmətləri barədə müsbət fikirlərini söyləyib, onun beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasında mühüm rolu, peşəkar, faydalı bilik və bacarıqlara yiyələnən, rəqabətə davamlı insan resurslarının yetişdirilməsinə verdiyi töhfəsindən danışıb.

M.Abbaszadə, həmçinin DİM-in yeni “Gənc psixometrik” təcrübə proqramı haqqında məlumat verib. Sədr üç ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramının əsas məqsədinin təhsilin qiymətləndirilməsi və psixometriya sahəsində nəzəri və praktik biliklərin mənimsənilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaq olduğunu qeyd edib. DİM-in könüllülər proqramı ilə bağlı da danışan sədr gənclərin layihəyə böyük maraq göstərdiyini və dörd mindən artıq şəxsin qeydiyyatdan keçdiyini vurğulayıb.

Ardınca müəllif Zülfiyyə Veysova təqdim etdiyi kitabın yazılma tarixi, məqsədləri, uzunmüddətli araşdırma və tədqiqatların aparılması əsasında yaradılmış müəllimlər üçün məqsədəuyğun, səmərəli və faydalı alətin hazırlanması haqqında geniş məlumat verib.

Müəllif və müzakirələrdə çıxış edən mütəxəssislər bu kitabın müxtəlif koqnitiv proseslərin formalaşmasına yönəldilmiş tapşırıqların hazırlanmasında müəllim və metodistlərə, təlim standartları, kurikulum, tədris vəsaiti və dərslikləri yazan müəlliflərə, qiymətləndirmə üzrə təhsil ekspertlərinə kömək edə biləcək alət kimi faydalı olduğunu vurğulayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri