DİMdə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şamxal Cəmilzadə və Səkinə Vəliyeva ilə görüş keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı qarşıda duran məsələlər və hədəfləri barədə məlumat verib. Sədr qaliblərin fərdi inkişaf planının yekunu ilə maraqlanıb və onların suallarını cavablandırıb. Mentorluq proqramının başa çatmasına baxmayaraq, qaliblərin Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun müəyyən layihələrə cəlb edilməsi qərara alınıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















