Icma.az
close
up
RU
DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

DİN: Bank əməkdaşı zəng edib, vətəndaşdan kartın məxfi şifrələrini istəmir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 may, AZƏRTAC

İnternet resurslarında vətəndaşların etibarından sui-istifadə etməklə onların şəxsi və bank kartı məlumatlarının, daha sonra isə maliyyə vəsaitlərinin ələ keçirilməsi halları polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılır. İnternet məkanında müxtəlif cəlbedici vədlərlə maskalanan dələduzların üsul və vasitələri fərqli, niyyətləri isə eynidir: bank kartlarının talanması. Onlar özlərini müxtəlif adlarla təqdim edə bilərlər: özünü ailə üzvünüzün tanışı olduğuna inandırıb yaxın qohumlarınızın xəstə olduğunu, müalicəsinə təcili pul lazım olduğunu bildirə, bank əməkdaşı kimi “bankdandır, kartınıza müdaxilə var” deyə, müştəri adı ilə satdığınız əşyaya görə beh ödəmək istəyə və ya digər üsullarla sizi öz əməllərinin qurbanına çevirə bilərlər. Naməlum xarici nömrələrdən gələn zənglər və ya göndərilən mesajlara inanan vətəndaşlar dəqiqləşdirmə aparmadan tanımadıqları şəxslərin istədikləri məbləğləri onlara göndərirlər və məlumatı dəqiqləşdirdikdən sonra aydın olur ki, kiberdələduzluqla üzləşiblər. Həmçinin müxtəlif qurumların domen adına bənzər fişinq məqsədlər üçün yaradılmış saxta saytlar da dələduzların növbəti tələsidir. Polis əməkdaşları tərəfindən belə hallarla üzləşən vətəndaşların hər bir müraciəti diqqətdə saxlanılmaqla araşdırma aparılır və zəruri tədbirlərin görülməsi təmin olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

Lumu İsrəfilli qeyd edib ki, DİN tərəfindən kiberdələduzluqla mübarizə istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işləri də həyata keçirilir. Onun sözlərinə görə, respublikanın şəhər və rayonlarında ərazi polis orqanları tərəfindən kibertalamalara qarşı mübarizə üsulları ilə bağlı mütəmadi görüşlər təşkil olunur: “Həmçinin əhalinin sıx olduğu məkanlarda, o cümlədən bankomat və ödəmə terminallarının ətrafında bu mövzuda məlumatverici lövhələr asılır, vətəndaşlarla profilaktik söhbətlər aparılır, üzləşə biləcəkləri kibertəhlükələrlə bağlı zəruri məlumatlar verilir.

Digər bir tərəfdən mütəmadi olaraq nazirliyin sosial media hesablarında maarifləndirici postlar paylaşılır və vətəndaşların həmin şəxslərə inanmamaları barədə çağırışlar edilir. Hər gün periodik olaraq vətəndaşların bank kartlarından talanan vəsaitlərin məbləği, tətbiq olunan üsul və vasitələri ictimaiyyətə açıqlanır.

Hər bir vətəndaş bilməlidir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabda olan pullar, yaxud pul yoxdursa, kredit formasında onlara zərər vurula bilər. Əgər qarşı tərəf bank əməkdaşı olduğunu iddia edirsə, yalnız kartın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu istəyə bilər. Heç bir halda bank əməkdaşı zəng edib, vətəndaşdan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Bilməliyik ki, bank kartının tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, SMS göndərən şəxslər dələduzlardır.

Bir daha vətəndaşlara naməlum nömrələrdən gələn şübhəli zənglərə və mesajlara qarşı diqqətli olmağı, şişirdilmiş vədlərə və cəlbedici təkliflərə araşdırma aparmadan inanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik.

Belə hallarla rastlaşdıqda, həmçinin bu istiqamətdə onlarda şübhə yarandığı təqdirdə onların polisə məlumat vermələri xahiş olunur”, - deyə DİN əməkdaşı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri