Icma.az
close
up
RU
DİN hərəkətə keçdi: Azərbaycanda TikTokun fəaliyyəti dayandırıla bilərmi?

DİN hərəkətə keçdi: Azərbaycanda TikTokun fəaliyyəti dayandırıla bilərmi?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“TikTok” sosial şəbəkəsində vətəndaşların narazılığına səbəb olan və əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər saxlanılıblar. Onların arasında keçmiş aparıcı Azər Zahid də var. Bir müddətdir bu istiqamətdə tədbirlər görülsə də, görünür, çoxları “qəflət yuxusu”ndan oyanmaq istəmir. Nəticədə əxlaqsızlığı, tərbiyəsizliyi daha çox təbliğ etmiş olurlar.

Sözügedən halların qarşısını almaq üçün Azərbaycanda “TikTok”un fəaliyyəti dayandırıla bilərmi?

Globalinfo.az-a danışan tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyev deyib ki, bu, hər zaman onu narahat edən və vaxtaşırı toxunduğu bir məsələdir.

O, sosial şəbəkələrin əxlaqsızlıq yuvasına çevirildiyini qeyd edib:

“Təəssüf ki, sosial şəbəkələr milli dəyərlərin aşındırılması, əxlaqsızlığın təbliği yuvasına çevrilib. Elə ötən gün bu mövzuda narahatlığımızı ifadə edən yazımız olmuşdu. Burada əsas sual budur: inzibati metodların tətbiqi normaldırmı? Cavabım belədir: normal deyil, vacibdir, mütləqdir, hətta vaxtı keçib! Başqa cür bu əxlaqsızlıq təbliğatçılarının qarşısında durmaq mümkün deyil. Daxili İşlər Nazirliyinin (DİN) bu addımını nəinki dəstəkləyirəm, genişlənməsini arzulayıram. Sosial şəbəkələr hər evdə, hər kəsin “cibindədir”. Yeniyetmələri bu cür əxlaqsızlığa sürükləmək, hələ nəyin doğru, nəyin ayıb, nəyin ictimai qadağa statusu daşıdığını dərk etməyən uşaqlara belə iyrəncliklərin mümkünlüyünü sırımaq qəti olmaz”.

Anar Niftəliyev

A.Niftəliyev saxlanılan şəxslərin tez bir zamanda azadlığa çıxacağına təəssüf edib:

“Çünki qanunvericilik bazası yoxdur. Ona görə çox istərdim ki, nəhayət, millət vəkilləri hərəkətə keçsinlər və qanunvericilikdəki bu boşluğu dərhal doldursunlar. Sosial şəbəkəyə hər hansı məhdudlaşma və bloklanma üçün Milli Məclis (MM) qərar verməlidir. Bildiyimiz və müşahidə etdiyimiz kimi, millət vəkillərinin böyük əksəriyyəti bu cür hallardan narahatlıqlarını dəfələrlə ifadə ediblər, MM plenar iclaslarında səsləndiriblər. Onlar da bu haldan narahatdır və hazırkı durum deputatlardan sərt qərarlar qəbul etməyi tələb edir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri