Icma.az
close
up
RU
“Din insanların əxlaqını, elm isə onların texniki inkişafını tənzimləyir“ DİN XADİMİ DANIŞDI

“Din insanların əxlaqını, elm isə onların texniki inkişafını tənzimləyir“ DİN XADİMİ DANIŞDI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Din və elm arasında qarşıdurma tez-tez müzakirə olunan, lakin əslində reallığı əks etdirməyən bir yanaşmadır. Tarix boyu dinlər – istər islam, istər xristianlıq, istərsə də yəhudilik – cəmiyyətləri əxlaqi və vicdani baxımdan istiqamətləndirən əsas güclərdən biri olmuşdur. Müasir dövrdə isə bəzi qüvvələr elmlə dini qarşı-qarşıya qoymağa çalışsa da, bu yanaşma nə elmi, nə də məntiqi baxımdan əsaslıdır”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, din və elm bir-birini tamamlayır: “Elm bəşəriyyətin maddi tərəqqisinə xidmət etdiyi kimi, din də mənəvi və əxlaqi tərbiyəsinə yönəlir. Elmlə dinin toqquşması isə əsasən Qərbdə, xüsusilə Orta əsrlərdən sonrakı dövrdə – Renessans və intibah dövrlərində baş vermiş, xristian kilsəsinin elmin inkişafına mane olması ilə nəticələnmişdir. Bu problemin kökləri isə Qərbin öz daxilində olub və sonradan bütün dünyaya yayılmışdır.

Müsəlman dünyasında isə tarix boyu məsidlər və mədrəsələr elmi mərkəzlər olmuş, din alimləri həm də elmi biliklərə sahib olmuşdur. Astronomiyadan riyaziyyata qədər bir çox sahədə müsəlman alimlərinin verdiyi töhfələr bu qarşıdurmanın islam dünyasında olmadığını göstərir. Buna baxmayaraq, Qərbdəki tarixi problemlər, xüsusilə kilsə ilə universitet arasında olan qarşıdurmalar, təəssüf ki, müsəlman dünyasına da təsir etmiş və bəzi alimlər tərəfindən olduğu kimi qəbul olunmuşdur. Bu da dinlə elm arasında süni uçurum yaradılmasına gətirib çıxarmışdır.

Din insanların əxlaqını, davranışlarını və sosial münasibətlərini tənzimləyən bir sistemdir. Elm isə bu davranışları texniki və elmi cəhətdən izah edir. Lakin heç bir zaman elm insanın vicdanını, mənəviyyatını tənzimləyə bilməz – bu vəzifəni tarix boyu din yerinə yetirmişdir. Bu gün də xüsusilə sekulyarizmin təsiri altında, dini zəiflətmək və onu sıradanlaşdırmaq cəhdləri var. Bu isə nəticə etibarı ilə cəmiyyətin mənəvi dayaqlarının zəifləməsinə, dəyərlərin deformasiyasına gətirib çıxarır.

İslam dini elmə qarşı deyil, əksinə, onu təşviq edən bir dindir. "Beşikdən qəbrə qədər elm öyrənin" çağırışı da bunu sübut edir. Ən son elmi nailiyyətlərin islam dünyasında baş verməsi, minlərlə alim yetişməsi bu harmoniyanın real nümunəsidir. Nəticə olaraq, din və elmin qarşı-qarşıya deyil, bir-birini tamamlayan iki sütun olduğu unudulmamalıdır. Din insanların əxlaqını, elm isə onların texniki inkişafını tənzimləyir. Bəşəriyyət yalnız bu iki qüvvənin harmoniyası ilə öz yolunu tapa bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri