DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması nəticəsində uşaqların zəhərlənməsi həqiqətə uyğun deyil.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.
Məlumata görə, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.
“Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar”, – DİN-dən bildirilib.
Qeyd edək ki, bu gün Sumqayıt şəhərində 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə qeydə alınıb.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 02 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















