Konfetdən zəhərlənən şagirdlərin valideynləri danışdı VİDEO
Icma.az, Lent az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhər 36 saylı orta məktəbdə 21 şagird konfetdən zəhərlənib.
Lent.az xəbər verir ki, APA TV-nin əməkdaşı hadisə ilə bağlı həmin məktəbə gedərək, zəhərlənən şagirdlərin valideynləri və sinif yoldaşlarını danışdırıb.
Sinif yoldaşlarının sözlərinə görə, şagirdlərdən biri evdən konfet gətirib. Araşdırma zamanı həmin şagirdin gətirdiyi şirniyyat məhsullarının son istifadə tarixinin keçdiyi məlum olub. Həmçinin məlumata görə, konfetləri gətirən şagird Sumqayıtda babası və nənəsi ilə birgə yaşayırmış.
Zəhərlənən şagirdlərin valideynləri bildirib ki, uşaqlarda ürəkbulanma olub. Buna görə də sinfin bütün şagirdləri xəstəxanaya yerləşdirilib.
Ətraflı reportajı izləyin:
Bu mövzuda digər xəbərlər:DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır
02 Oktyabr 2026 14:06
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? Video
09 Oktyabr 2026 11:02
Zəhərlənən şagirdlərin SON DURUMU
29 Oktyabr 2026 17:22
Uşaqlar küçədə yedikləri konfetdən zəhərləndilər
20 İyun 2025 14:52
Tovuzda zəhərlənən şagirdlərin son durumu
11 Aprel 2025 12:02
Baxış sayı:114
Bu xəbər 03 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















