Icma.az
close
up
RU
DİN sərgidə iştirak edir VİDEO

DİN sərgidə iştirak edir VİDEO

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Daxili İşlər Nazirliyi Beynəlxalq sərgi təşkilatçısı “Caspian Event Organisers” şirkətinin “13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road and Traffic”” sərgisində iştirak edir.

“Unikal” xəbər verir ki, Bakı Expo Mərkəzində keçirilən sərgidə DİN-in xüsusi pavilyonunda Bakıda ilk dəfə sınaq tətbiqinə başlanılan və nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “Ağıllı svetoforlar” (adaptiv svetoforlar) pilot layihəsi nümayiş etdirilir. Stenddə paytaxtın 152 kəsişməsində Mərkəz tərəfindən idarə olunan svetofor kontrollerinin proqram təminatı, svetoforların vaxt planlarının hazırlanması və tətbiqi, simulyasiya proqram təminatı, eləcə də qanunsuz parklanma kameralarına dair elektron qərarların tərtibi kimi dörd əsas istiqamət barədə məlumat əldə etmək mümkündür. Eyni zamanda, ziyarətçilərə 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması ilə bağlı məlumatlar verilir.

Həmçinin, ziyarətçilərə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim olunan “i-Patrol” sistemi – real vaxt rejimində qayda pozuntularının aşkarlanması və məlumatların mərkəzi sistemə ötürülməsi, avtomatik nömrə tanıma və videomüşahidə sistemləri, eləcə də patrul avtomobillərində quraşdırılmış müasir texnoloji avadanlıqlar nümayiş edilir.

Yol infrastrukturunun inkişafı, yol hərəkəti təhlükəsizliyinin artırılması, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi və müasir müşahidə-nəzarət sistemləri sahəsində təcrübə mübadiləsini təmin edən sərginin keçirildiyi üç gün ərzində “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” MMC-nin 107.7 MHz tezliyində yayımlanan “Avto FM” radiosu stendə qurulan radio imitasiyası vasitəsilə birbaşa canlı bağlantı yaradaraq məlumatları dinləyicilərin diqqətinə çatdırır.

Ziyarətçilər yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə polis əməkdaşları tərəfindən ətraflı məlumatlandırılırlar.

Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində aparılır, interaktiv nümayişlər və videomateriallar vasitəsilə ziyarətçilər sistemlərin iş prinsipi ilə yaxından tanış olurlar.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri