DİN və ETSN birgə əməliyyat keçirib VİDEO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.
DİN-dən APA-ya verilən məlumata görə, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal etdikdən sonra satışını həyata keçiriblər. Əraziyə baxış zamanı saxlanılan şəxslər tərəfindən kəsilən 100-dən artıq fıstıq ağacının kökləri aşkarlanıb.
Ekspertlərin rəyinə əsasən, qanunsuz olaraq kəsilən ağacların bəzilərinin 100–150 yaşında olduğu müəyyən edilib. Qanunsuz ağackəsmə hallarının qarşısının alınması, belə faktların vaxtında aşkarlanması və digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində araşdırmalar və nəzarət tədbirləri davam etdirilir. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər. Vətəndaşlardan yaşıllıqların qorunmasına həssas yanaşmaları, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat vermələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 12 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















