Din xadimi olmayan məscidlərin sayı açıqlandı
Icma.az bildirir, Bizim media portalına istinadən.
“Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir. Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir”.
Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hazırda qarşıda duran əsas məsələ ixtisaslı milli kadr hazırlığıdır:
"Bu gün təyinat alan din xadimlərimizin təxminən üçdə birinin isə nə ali, nə orta ixtisas dini təhsili var. Ölkədən xaricdə dini təhsil alıb gələnlərin sayı isə ən azı 3500 civarındadır. Xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycanda dini təhsilə cəlb olunanlar, Azərbaycanda onların dini təhsilə cəlb olunması əsas prioritet istiqamətlərimizdən biridir. Nəzərə alırıq ki, xaricdə yaşayan soydaşlarımız son dövrlərə qədər nəinki öz ölkələrində, digər ölkələrdə dini təhsil almağa üstünlük veriblər və onların da sayı yüzlərlədir".
Günay Şahmar, Bizim.Media
Baxış sayı:57
Bu xəbər 12 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















