Icma.az
close
up
RU
Dinamik əməkdaşlıq formulu

Dinamik əməkdaşlıq formulu

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri mühüm önəm kəsb edir. Sözsüz ki, Azərbaycan xarici siyasət kursunda dünya ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq mühüm yer tutur. Dövlətmizin Şərq və Qərb, Şimal və Cənub arasında milli maraqlar üzərində qurmuş olduğu faydalı münasibətlər bunun bariz nümunəsidir.

Azərbyacanla Afrika qitəsində yerləşən dövlətlər arasında əlaqələr mühüm önəm kəsb edir. Təbii ki, ölkəmizin Afrika dövlətləri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi prioritet istiqamətlərdən biridir. Bu mənada dövlətimizlə Afrika ölkələri arasında münasibətlər artıq yeni mərhələyə yüksəlib. Somali Prezidentinin bu səfəri qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdiyi kimi, “Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq”.
Sözügedən səfər çərçivəsində imzalanmış sənədlər münasibətlərin bundan sonrakı inkişafına zəmin yaradacaq. Somali Prezidentinin vurğuladığı kimi, Azərbaycana səfəri təkcə diplomatik əməkdaşlıq deyil, ölkələr arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcıdır. Azərbaycanın inkişaf konsepsiyası və zəngin təcrübəsi Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinə imkan verir.
Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzvüdür. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq qurub. Azərbaycanla Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. Diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq üçün mühüm perspektivlər açıb. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış Sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə mühüm önəm kəsb edir.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri