Icma.az
close
up
RU
Dini Komitənin İctimai şura üzvlüyünə namizədlərin adı və seçkilərin vaxtı məlum olub

Dini Komitənin İctimai şura üzvlüyünə namizədlərin adı və seçkilərin vaxtı məlum olub

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimai şura üzvlüyünə namizədlərin adı məlum olub.

Bu barədə “Report”a komitədən məlumat verilib.

Bildirilib ki, İctimai şuranın yaradılmasında məqsəd Dini Komitənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etməkdir.

Beləliklə, İctimai Şura üzvlüyünə aşağıda göstərilən şəxslərin namizədlikləri qeydiyyata alınıb:

Alışarlı Səfər Xəlil oğlu – Vətəndaş Tribunası İctimai Birliyinin sədri; Axundova Nigar Vəli qızı – Əhməd bəy Ağaoglu Milli araşdırmalar mərkəzi İctimai Birliyinin sədri; Bəhramov Cəbi Əmirvar oğlu – AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru; Bünyadzadə Könül Yusif qızı – AMEA-nın müxbir üzvü, fəlsəfə elmlər doktoru, Fəlsəfə və Hüquq İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor; Əhmədov Tural Qara oğlu – İlahiyyatçı; Hüseynov Rizvan Nəcəf oğlu – Elmi tədqiqat “Qafqaz tarixi mərkəzi” İctimai Birliyinin sədri; Mehdiyev Rəşad Azad oğlu – Gilavar Foto Klubu İctimai Birliyinin sədri; Məmmədov Fuad Teyyub oğlu – “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının prezidenti, tarix elmləri doktoru; Məmmədzadə İlham Ramiz oğlu – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor; Məmmədova Səadət Həsən qızı – Əməkdar jurnalist; Mirzəyev Ayaz Nizami oğlu – Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri; Muradov İlkin Firdovsi oğlu – Regional İnkişaf İctimai Birliyinin baş mütəxəssisi; Mustafayev Elnur Kərim oğlu – AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir” şöbəsinin müdiri; Zeynalova Məsmə İbad qızı – Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin üzvü.

İctimai şuraya seçkilər yanvarın 31-i saat 11:00-da Komitənin iclas zalında birgə yığıncaq şəklində keçiriləcək.

Seçkilərdə səsvermə hüququ əldə etmək istəyən vətəndaş cəmiyyəti institutlarından 30 yanvar tarixinədək öz təmsilçiləri (1 nəfər olmaqla) haqqında zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitələrini ehtiva edən məlumatları, həmçinin şəxsiyyət və üzvlük vəsiqələrinin surətini) [email protected] elektron poçt ünvanına göndərməklə Seçki Komissiyasına təqdim etmələri xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri