Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dini missiya, yoxsa siyasi avantüra?

Dini missiya, yoxsa siyasi avantüra?

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Erməni Apostol Kilsəsinin pozucu fəaliyyəti cəmiyyətdə parçalanmaya aparır

Ermənistanda bir ilə yaxındır müşahidə olunan hakimiyyət–kilsə münasibətləri artıq, sadəcə, qurumlararası narazılıq səviyyəsini aşaraq açıq siyasi qarşıdurma mərhələsinə keçib. Bu proses təsadüfi deyil və ölkədə uzun müddətdir yığılıb qalan daxili ziddiyyətlərin, ideoloji boşluğun və dövlətçilik böhranının təzahürü kimi ortaya çıxır. Baş nazir Nikol Paşinyan hakimiyyətinin qərbyönlü kursu, müharibədən sonrakı reallıqlar və sülh gündəliyi fonunda Erməni Apostol Kilsəsi getdikcə daha sərt, hətta açıq şəkildə siyasi mövqe tutmağa başlayıb.

Əslində, Ermənistan tarixində kilsə ilə dövlətin münasibətləri heç vaxt tam balanslı olmayıb. Kilsə özünü təkcə dini institut deyil, həm də milli kimliyin daşıyıcısı kimi təqdim edib. Bu yanaşma ölkənin əsas qanunundan qaynaqlanıb. Ermənistan dünyəvi dövlət olsa da, ölkə konstitusiyasında (18.1-ci maddə) “erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında milli kilsə kimi Erməni Apostol Müqəddəs Kilsəsinin müstəsna missiyası” təsbit edilib. Bu imtiyazdan istifadə edən kilsə uzun illər ərzində siyasi proseslərə birbaşa və ya dolayı təsir imkanları yaradıb. Xüsusilə Qarabağ münaqişəsi dövründə kilsə revanşist ideologiyanın əsas dayaqlarından biri kimi çıxış edib, müharibəni müqəddəs missiya kimi təqdim etməyə çalışıb. Lakin 2020-ci ildən sonra yaranan yeni reallıqlar bu modelin iflasını açıq şəkildə ortaya qoydu.

Paşinyan hakimiyyəti müharibədən sonra daxildə mövqelərini qorumaq üçün daha çevik siyasi kurs yürütməyə məcbur oldu. Sülh danışıqları, regional kommunikasiyaların açılması, Qərblə münasibətlərin dərinləşdirilməsi hakimiyyət üçün alternativsiz istiqamətə çevrilib. Məhz bu nöqtədə kilsə ilə hökumət arasında baxış fərqləri kəskinləşib. Kilsə rəhbərliyi bu kursu milli maraqlara xəyanət kimi qələmə verməyə başlayıb və hökuməti təzyiq altında saxlamaq üçün açıq siyasi ritorikaya keçib.

Son dövrdə Erməni Apostol Kilsəsinin rəhbərliyi, xüsusilə katolikos II Qaregin tərəfindən səsləndirilən bəyanatlar artıq dini çərçivədən çıxaraq siyasi mübarizənin bir parçasına çevrilib. Kilsə tribunasından hökumətin legitimliyi şübhə altına alınır, Paşinyan açıq şəkildə ittiham olunur, cəmiyyət müqavimətə səslənir. Bu isə, faktiki olaraq, kilsənin öz statusunu aşaraq siyasi aktora çevrildiyini göstərir. Hakimiyyət isə bu vəziyyəti dövlətçiliyə təhdid kimi qiymətləndirir.

Paşinyanın tərəfdarları kilsəni keçmiş rejimlərin dayağı, Qarabağ klanı ilə bağlı olan köhnə sistemin ideoloji qalığı kimi təqdim edirlər. Onların arqumentinə görə, kilsə cəmiyyəti barışa yox, davamlı qarşıdurmaya sürükləyir, Ermənistanı regional təcriddən çıxmağa yox, yenidən münaqişə bataqlığına qaytarmaq istəyir. Bu baxımdan, hakimiyyət kilsənin təsir imkanlarını məhdudlaşdırmağa, onun siyasi proseslərə müdaxiləsini azaltmağa çalışır.

Maraqlıdır ki, kilsə daxilində də vahid mövqe yoxdur. Son aylarda bir sıra yepiskopların ali ruhani rəhbərliyə qarşı çıxması, idarəçilikdən narazılıq ifadə etməsi daxili parçalanmanın dərinləşdiyini göstərir. Bu proses kilsənin monolit struktur olmadığını, daxildən də ciddi problemlərlə üzləşdiyini ortaya qoyur. Hakimiyyət bu ziddiyyətlərdən ustalıqla istifadə etməyə çalışır və kilsə daxilində alternativ mərkəzlərin formalaşmasını stimullaşdırır.

***

Ölkədə son dövrlər hakimiyyət–kilsə münasibətlərinin kəskinləşməsi fonunda Erməni Apostol Kilsəsinin nümayəndələri ictimaiyyətə mesajlarını daha fəal şəkildə çatdırmağa çalışırlar. Eçmiədzində keçirilən ilin son liturgiyasından sonra çıxış edən Xristian Tərbiyəsi Mərkəzinin rəhbəri, protoarximandrit Zakariya Baqumyan kilsə ətrafında baş verən prosesləri ciddi sınaq mərhələsi kimi dəyərləndirib. Onun sözlərinə görə, hazırkı vəziyyət məğlubiyyət yox, kilsə və cəmiyyət üçün dözümlülük imtahanıdır.

Ruhani diqqətə çatdırıb ki, hazırda dörd yüksək rütbəli kilsə iyerarxı həbsdədir, bir din xadimi ev dustaqlığı altındadır, bir sıra digər ruhanilərlə bağlı isə cinayət işləri açılıb. Baqumyanın fikrincə, məhz bu proseslər kilsə ətrafında yaranmış böhranın əsasını təşkil edir və məqsəd Erməni Apostol Kilsəsinin mövqelərini zəiflətmək, möminlərin mənəvi birliyini sarsıtmaqdır. O, baş verənlərin təkcə hüquqi deyil, eyni zamanda, ideoloji və informasiya müstəvisində aparılan təzyiqlərin tərkib hissəsi olduğunu vurğulayıb.

Protoarximandrit Zaxariya çıxışında böhranların yalnız dağıdıcı xarakter daşımadığını, əksinə, müəyyən hallarda birləşdirici və möhkəmləndirici təsir göstərə biləcəyini qeyd edib. Onun fikrincə, yaşananlar insanları dəyərlərindən uzaqlaşdırmaq üçün deyil, özünüdərki, məsuliyyəti və mənəvi dayanıqlığı gücləndirmək üçün fürsət kimi qiymətləndirilməlidir. Bu baxımdan kilsə rəhbərliyi mövcud vəziyyəti daxili saflaşma mərhələsi (?) kimi təqdim etməyə çalışır.

Ruhani hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu yalnız cəmiyyətin Erməni Apostol Kilsəsi ətrafında birləşməsindən keçir. Onun sözlərinə görə, birlik qorunarsa, mövcud sınaqlar arxada qalacaq və Ermənistan daha sabit gələcəyə doğru (?) irəliləyə biləcək. Bu çağırış, faktiki olaraq, kilsənin özünü milli və mənəvi mərkəz kimi təqdim etmək cəhdinin davamı kimi dəyərləndirilir.

Qeyd edək ki, ilin son liturgiyası Eçmiədzində katolikos II Qareginin iştirakı ilə keçirilib.

Eyni vaxtda Qarni kəndindəki Müqəddəs Məryəm Ana kilsəsində də ibadət təşkil olunub və mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edib. Bu paralel mənzərə ölkədə hakimiyyətlə kilsə arasında davam edən mürəkkəb münasibətlərin simvolik təzahürü kimi diqqət çəkib. Baş verənlər göstərir ki, Ermənistanda hakimiyyət–kilsə münasibətlərində gərginlik yeni mərhələyə keçir. Qarşıdurma artıq təkcə siyasi və hüquqi müstəvidə deyil, birbaşa dini ayinlərə və kilsə ənənələrinə qədər sirayət edib. Paşinyan açıq şəkildə bəyan edir ki, liturgiya zamanı katolikos II Qareginin dünyəvi adı olan Ktrıç Nersisyanın çəkilməməsi mümkündür və bu, onun üçün qəbulolunandır. Paşinyanın sözlərinə görə, bu mövqeyin əsaslandırılması əvvəllər də təqdim olunub və dəyişməz qalır. Beləliklə, hökumət başçısı kilsə ayinində konkret dini ənənənin icrasına siyasi mövqedən yanaşdığını gizlətmir.

Paşinyan, eyni zamanda, qeyd edib ki, bəzi vətəndaşlar müxtəlif kilsələrdə liturgiya zamanı katolikosun adı çəkiləndə etiraz əlaməti olaraq mövqe nümayiş etdirmək istəyirlər. Onun fikrincə, bu cür davranış həm mümkündür, həm də qəbul ediləndir. Baş nazir bunu belə əsaslandırır ki, özünü mənəvi və nəcib dəyərlərə sadiq elan edən, lakin bu dəyərlərə əməl etməyən şəxslərlə bağlı cəmiyyətdə gözləntilər formalaşıb və həmin gözləntilərin ifadə olunması təbii sayılmalıdır.

Paşinyan özünü Erməni Apostol Kilsəsinin davamçısı adlandıraraq vurğulayıb ki, mövcud vəziyyətə təkcə münasibət bildirmək kifayət deyil. Onun sözlərinə görə, bu münasibət açıq şəkildə ifadə edilməli və nəticədə praktik addımlarla müşayiət olunmalıdır. Bu yanaşma, faktiki olaraq, kilsə rəhbərliyinə qarşı siyasi və ictimai təzyiqin legitimləşdirilməsi cəhdi kimi qiymətləndirilir.

Maraqlıdır ki, Paşinyanın bu açıqlamaları fonunda kilsə ərazisində baş verənlər də diqqət çəkir. Baş nazirin iştirakı ilə keçirilən liturgiyalar zamanı katolikosun adının çəkilməsini tələb edən vətəndaşların hüquq-mühafizə orqanları tərəfindən kilsə ərazisindən uzaqlaşdırıldığı bildirilir. Bu fakt cəmiyyətdə ciddi rezonans doğurur və hakimiyyətin kilsə daxilində fərqli mövqelərə dözümsüz yanaşdığı barədə suallar yaradır.

Belə bir şəraitdə hakimiyyət–kilsə münasibətlərinin daha da sərtləşəcəyi istisna olunmur. Paşinyanın ritorikası göstərir ki, hökumət kilsə rəhbərliyini mənəvi avtoritetdən məhrum etməyə, cəmiyyət qarşısında nüfuzunu zəiflətməyə çalışır. Bu prosesin Ermənistan cəmiyyətində yeni parçalanmalar yaradacağı, dini müstəvinin isə siyasi qarşıdurmanın növbəti cəbhəsinə çevriləcəyi artıq açıq şəkildə görünür.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri