Icma.az
close
up
RU
“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” Qubada maarifləndirici tədbir keçirilib / FOTO

“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” Qubada maarifləndirici tədbir keçirilib / FOTO

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi mədsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı tədbirini 5 noyabr 2024- cü il tarixində Quba rayonunda keçirib.

Hurriyyet.az xəbər verir ki, Quba Dövlət Sosial İqtisad Kollecində keçirilən tədbirdə rayon gəncləri və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Quba rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov açaraq, qonaqları salamlayıb və bu mövzunun həmişə aktual olduğunu söyləyib. O qeyd edib ki,  etnik qruplar yaşayan rayonlarda bəzən süni şəkildə bu problemi qızışdırırlar: “Əsasən sərhədyanı rayonlarda onlar savadsız, imkansız gəncləri müxtəlif şirnikləndirici vasitələrlə əla alırlar”.

Təşkilatın icraçı drektoru Tələt Qəribov çıxışında qeyd edib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb: “Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir”.  

Kolleçin drektoru Xanım Bayramova deyib ki, gənclər arasında  rayon rəhbərliyinin təşkilatçılığı ilə bu kimi mövzularda daim maarifləndirici görüçlər keçirilir.                                                                                                                                                                                                                                                                                                                                    

Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov bu sahədə  rayonda aparılan maarifləndirici işlərdən danışıb.

Qafqaz Müsalmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Anar Eyyubov qeyd edib ki, əvvəllər rayonda radikalizmə meyl edən gənclərə rast gəlinirdi: “Dini ayinlərimizdə insanlara bu cəryanların bizi istəməyən qüvvələr tərəfindən süni şəkildə ortaya atıldığını izah edirik”.

Rayon Ağsaqqallar Şurasının sədri, tanınmış sahibkar-çoban İldırım Məmmədov çıxışında  gənclərə öz həyat hekayəsini anladıb. O qeyd edib ki, bəzən maddi maraq naminə gənclərimiz bu kimi zərərli qruplara qoşulurlar: “Respublikamızda insanlaın yaxşı yaşaması üçün hər bir şərait vardır”.

Quba Rayom Polis şöbəsinin əməkdaşı, polis polkovnik- leytenantı Elman İsmayılov bu sahədə rayonda aparılan profilaktik işlərdən, görülən tədbirlərdən danışıb. O bildirib ki, rayon polis şöbəsinin rəhbərliyi də bu kimi mövzularla tez-tez gənclərlə görüşlər keçirir.

Görüş geniş müzakirələrdən sonra başa çatıb.

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Noyabr 2024 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri