Icma.az
close
up
RU
Dinin əleyhinə olsaydım, övladıma dini ad verərdim? Şərurlu İsfəndiyardan açıqlama

Dinin əleyhinə olsaydım, övladıma dini ad verərdim? Şərurlu İsfəndiyardan açıqlama

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün əvvəl “Şərurlu İsfəndiyar” adı ilə tanınan məşhur iş adamı İsfəndiyar Axundov “Müsavat Tv”-yə verdiyi müsahibə ilə gündəm olmuşdu. 

Bir sıra məsələlərdən danışan iş adamı, eyni zamanda, dindarlar əleyhinə də müəyyən ifadələr işlətmişdi. 

Məsələn, İsfəndiyar Axundov bildirmişdi ki, əlində olsa, bütün məcsidləri söküb, yerində məktəb tikər.

Bu ifadə isə birmənalı qarşılanmamışdı, sosial şəbəkələrdə müzakirəyə çevrilərək tənqid və təhqirlərə məruz qoyulmuşdu.

Məsələ ilə bağlı İsfəndiyar Axundov Gununsesi.info-ya danışıb.

Axundov bildirir ki, onun cavabı, əslində, yanlış anlaşılıb:

“Bir necə gün öncə “Müsavat” Tv-nin efirində müsahibədə olarkən, aparıcının dinlə bağlı verdiyi suala cavabım bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Mən Allaha inanmıram sözü işlətməmişəm, “bəzi dindarlara inanmıram” demişəm və bu da bütün dindarlara şamil olunmur. Söhbət o dindarlardan gedir ki, dünyada cərəyan edən İslam altında, din adı altında terror qruplarını təşkil edən və eyni zamanda Azərbaycan dövlətinin təməlini din pərdəsi altında baltalayan, din çadrasına bürünmüş dövlətçiliyimizin, xalqımızın bugünki firavan həyatimizin müxalifi olan ünsürlər haqqında fikir bildirmək istəmişəm. Sadəcə, izahatım bir az doğru olmayıb, fikrimi tam çatdıra bilməmişəm. Sözüm xaricdən maliyyələşərək məqsədli şəkildə xalqımızın mentalitetinə və dini dəyərlərimizə zidd fəaliyyət göstərən bəzi “dindarlara” idi. Sirr deyil ki, dini radikalizm müasir dövrümüzün ən çox narahatlıq doğuran əsas problemlərdən biridir. 20-ci əsrin sonlarından başlayaraq, istər dini cərəyanlar arasında, istərsə də qeyri-islami dinlərdə radikallaşma meylləri  çoxluq təşkil edir. Baxın, din uğrunda aparılan müharibələr, yaxud din pərdəsi altında həyata keçirilən işğalçılıq siyasəti də dini radikalizmin bir nümunəsidir. Dövrümüzdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və dini motivlərlə törədilən terror aktları nəzərə çarpacaq dərəcədə artıb. Təəssüflər olsun ki, son illərdə İslam radikalizmi kəskin yüksəlmişidir və  mən bundan qorxuram demək istəmişəm. Hamısını efirdə saya bilmədim, bir kəlmə dedim ki, “Allaha inanıram, sadəcə, dindarlardan qorxuram”. Çünki sadaladığım tərəfdən formalaşan “dindarlar” əlbəttə ki, həm dünyaya, həm də Azərbaycana, dövlətçiliyimizə, insanlığa, dinimizə qarşı böyük bir təhlükədir. “Allahu Əkbər” şüari ilə baş kəsən, bombalar partladan, terror aktı törədən dindarlardan gedir söhbət. Biz bunun şahidi olmuşuq, istər “meşə qardaşları”, istər də Bakı şəhərində olan “Əbubəkir” məscidində partlayış yaradanları. Mən dinimizin, dini dəyərlərimizin əleyhinə deyiləm, heç bir zaman da olmamışam. Mənim adım, soyadım, ata adım, övladlarımın adı hamısı dinə bağlı olan adlardır. Dinin əlehinə olsaydım, övladıma dini ad verərdimmi heç?! Bu, sadəcə, mənim fikirimi tam olaraq çatdıra bilmədiyimdən irəli gələn bir nüans olub. Əsla və əsla dinə qarışı deyiləm, olmaram da…

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri