DİP lə əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Davamlı peşəkar inkişafla (DİP) əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcəklər.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir.
Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 İyun 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















