Icma.az
close
up
RU
Taksiçilərin yeni fırıldağı “Bloka atmaq” sistemi də İŞƏ YARAMIR

Taksiçilərin yeni fırıldağı “Bloka atmaq” sistemi də İŞƏ YARAMIR

Icma.az, Lent az saytına istinadən bildirir.

Son dövrlər taksi xidmətlərindən istifadə edən vətəndaşlar bir sıra narahatedici hallarla üzləşdiklərini bildirirlər. Belə ki, tətbiqdə sifariş zamanı göstərilən avtomobilin markası və dövlət qeydiyyat nişanı ilə faktiki olaraq ünvana gələn avtomobil arasında ciddi uyğunsuzluq müşahidə olunur. Sərnişinlərin sözlərinə görə, proqramda nisbətən yeni və fərqli marka avtomobil qeyd olunsa da, sifariş zamanı daha köhnə və tamam başqa bir nəqliyyat vasitəsi gəlir.

Avtomobil normal texniki vəziyyətdə görünsə belə, tətbiqdə qeyd olunan nəqliyyat vasitəsinin gəlməməsi təhlükəsizlik və etibarlılıq baxımından ciddi narahatlıq doğurur. Xüsusilə də sürücünün və avtomobilin məlumatlarının əvvəlcədən yoxlanıldığı iddia edilən platformada belə uyğunsuzluqların baş verməsi məsuliyyət məsələsini gündəmə gətirir.

Bəs görəsən, belə hallarda məsuliyyət kimə aiddir – taksi şirkətinə, yoxsa sürücüyə?

Lent.az-ın soruğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirildi ki, fotodakı avtomobilin nömrəsi fərqli olduqda, dərhal həmin nəqliyyat vasitəsi operator tərəfindən blok edilir və bir daha sifariş ötürülmür:

“Taksi sifarişi operatorları qarşısında öz sistemlərində nəqliyyat vasitələrinə nəzarət edilməsi üçün funksionallıqlar yaradılması ilə bağlı tələblər qoyulub. Gün ərzində sürücüyə avtomobili fotonəzarətdən keçirmək üçün sorğu göndərilir və sürücü həmin sorğuya mütləq şəkildə cavab verməlidir. Əgər cavab verməsə və ya fotodakı avtomobilin nömrəsi fərqli olsa, dərhal həmin nəqliyyat vasitəsi operator tərəfindən blok edilir və bir daha sifariş ötürülmür. Sürücü sorğuya cavab verərkən avtomobilin fotosunu yerində çəkməlidir, əvvəlcədən çəkilən şəkil əlavə edə bilməz.

Eyni zamanda, AYNA tərəfindən taksi sifarişi operatorlarının sürücülər üçün istifadə etdiyi mobil tətbiqlərdə üztanıma funksiyasının tətbiqi də həyata keçirilir. Taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur. “Bolt”, “Uber” və “Yango” tətbiqinə “SİMA” texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir.  Bu texnologiyanın tətbiqi, sürücülərin şəxsiyyətini real vaxt rejimində təsdiq etməklə qeyri-qanuni profil istifadəsinin qarşısını almağa, eləcə də ictimai təhlükəsizliyi artırmağa xidmət edir.

Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Dekabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri