Icma.az
close
up
RU
DİPLOMATİK KORPUSUMUZUN “AĞIR ARTİLLERİYALARI” “Vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr”

DİPLOMATİK KORPUSUMUZUN “AĞIR ARTİLLERİYALARI” “Vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın xaricdəki diplomatik korpusu öz “rəngarəngliyi” ilə seçilir. Burada “elit” ailələrin övladlarından, hansısa xidmətlərinə görə səfir rütbəsilə “mükafatlandırılanlar”dan tutmuş, “sürgünə göndərilənlər”ə, “vurulanlar”a, hətta “yaddan çıxmışlara” qədər kimlər yoxdur…

Elə səfirlərimiz var ki, hələ ötən əsrin 90-cı illərindən bir növ Azərbaycandan uzaqlaşdırılıblar və ötən dövr ərzində bir neçə ölkə dəyişiblər. Bu kateqoriyanın ən parlaq nümunəsi Tamerlan Qarayevdir. 1993-cü ildə Ali Sovetin sədrinin birinci müavini postundan və təmsil olunduğu partiyadan istefa verən Qarayev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə göndərilib. 1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olub. 13 dekabr 2018-ci ildə geri çağırılaraq, Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu gün də həmin postdadır. Bu, üst-üstə 32 il(!) deməkdir…

Belə demək mümkünsə, “gedib-gələn”, yaxud iri məmur ikən “vurulan” səfirlərimiz də az deyil. Məsələn, 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri vəzifəsində çalışmış Ramiz Həsənov geri çağırılaraq, 14 dekabr 2005-ci ildə yüksək vəzifəyə - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdu. Bu, təbii ki, ciddi karyera sıçrayışı idi. Beləliklə də, Həsənov 2018-ci ilə qədər Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. 15 may 2018-ci ildə isə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini təyin olunan Ramiz Həsənov 19 aprel 2021-ci ildə vəzifəsindən azad edilərək, elə həmin gün Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Əlbəttə ki, bunu qətiyyən onun əvvəlki vəzifələri ilə müqayisədə “yüksəlmə” hesab etmək olmazdı… 

Yaxud, Məhərrəm Əliyev. O, hazırkı səfirlər arasında daha əvvəl məmur kimi ən yüksək postlar tutmuş, nüfuz sahibi olmuş şəxslərdən biri, bəlkə də birincisidir. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək 14 il(!) Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olmuş M.Əliyev 2007-ci ildə gözlənilmədən Tacikistana səfir göndərilib və 2011-ci ilə qədər orada çalışıb. Lakin Prezidentin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib və Bakıya qayıdaraq, 2012–2017-ci illərdə Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. 5 iyun 2017-ci ildə Ədliyyə nazirinin müavini təyin edilib. 2019-cu ilin noyabrında vəzifəsi daha da yüksəldilərək, Prezidentin hərbi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Lakin 9 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb və Dövlət başçısının digər Sərəncamı ilə Belarusa səfir göndərilib.

Yeri gəlmişkən, M.Əliyevin Belarusdakı sələflərindən biri 2016-cı ildən 2021-ci ilə qədər bu ölkədə səfirimiz olmuş Lətif Qəndilovdur. Yaşı 70-ə yaxınlaşan və uzun illər ayrı-ayrı ölkələrdə çalışımış səfirlərdən biri olan L.Qəndilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru olmuş Seyfəddin Qəndilovun oğludur və hazırda ölkəmizin Qırğızıstandakı səfiridir.

Elə həmin Qırğızıstanla sərhəd Özbəkistandakı səfirimiz Hüseyn Quliyev isə ən qocaman səfir sayıla bilər. Yaşı 80-ə çatan Quliyev 13 ildir ki, bu postu tutur…

Əlbəttə ki, səfirliklərimiz belə demək olarsa, elitaya aid ailələrin övladları ilə də “zəngindir”. Buna misal olaraq, sabiq millət vəkili və ADU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmovu göstərmək olar. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri olub, 2021-ci idən Estoniyada səfirdir. Mətbuatda bu səfirin İspaniyada şərab biznesilə məşğul olduğu, bu biznesdə iştirak edən atası Abel Məhərrəmovun isə həmin ölkəyə gedən Azərbaycan nümayəndə heyətinin tərkibində içkili vəziyyətdə qalmaqal yaratdığı barədə məlumatlar yayılmışdı. Hətta məhz həmin hadisənin Abel Məhərrəmovun karyerasına son qoyduğu iddia edilirdi…

Yaxud bir müddət əvvəl Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin vəzifəsindən azad olunması barədə xəbərlər yayıldı. İddialara görə, Yunanıstandakı Azərbaycan səfiri Arif Məmmədov ikinci katib Qafqaz Aslansoyla birlikdə Rəhman Şahhüseynlini döyüblər. XİN də bu məlumatlı dolayısı ilə təsdiqləyərək, döyüldüyü iddia edilən birinci katibi günahkar çıxardı…

Hazırda dünyada elə ölkələr var ki, ayrı-ayrı səfirləri həmin ölkənin XİN başçısından daha nüfuzlu və tanınandır. Azərbaycana gəlincə, bizdə də belə “nümunə” olub, amma təəssüf ki, daha çox neqativ rakursda. Belə ki, Rusiyada Polad Bülbüloğlunu məlum səbəblərdən bizim XİN başçılarından daha çox tanıyıblar. Rusiyadakı həmvətənlərimiz isə daim səfirliyimizin işindən narazılıq bildiriblər. Əvəzində, P.Bülbüloğlu daha çox Kremlin adından Rusiyadakı azərbaycanlılara “Rusiyanın çörəyini yeyirsiniz” deyərək, minnət qoyması və Putinin qarşısında “Podmoskovnıye veçera” oxuması ilə yadda qalıb…

Bütün bunlar onu göstərir ki, xarici diplomatik korpusumuz idealdan çox-çox uzaqdır, əksər səfirlərimiz şəxsi işlərilə, bizneslərilə məşğuldurlar, bir çox səfirliklərimizdəki mühit sağlam deyil və sair.

Əlbəttə ki, fəallığı və peşəkarlığı ilə seçilən Fransadakı səfirimiz Leyla Abdullayeva, 2021-ci ilə qədər ABŞ-də, indi isə İngiltərədə səfirimiz olan Elin Süleymanov, yaxud mətbuatla işləməyi bacaran Rumıniyadakı səfir Qüdsi Osmanov və digərləri kimi səfirlər də var. Lakin ümumi heyətdə belələrinin sayı çox deyil…

“Dünya əvvəlki kimi olmayacaq” ifadəsi getdikcə daha çox aktuallaşır və reallıqda öz təsdiqini tapır. Bu tektonik dəyişikliklər fonunda əlbəttə ki, Azərbaycanın xarici siyasətində heç də sonuncu vintciklər olmayan səfirliklərimiz, xarici diplomatik koprpusumuz da zamanın çağırışlarına uyğunlaşdırılmalıdır. Bu sahədə təcrübə ilə müasirliyin vəhdətini təşkil edə bilən peşəkar diplomatlara, daha çevik diplomatik korpusa ehtiyac var və burada, əlbəttə ki, təkcə yeni səfir təyinatları ilə iş bitmir. Ümumilikdə diplomatik korpusun “vurulmuşlar”, “makafatlandırılmışlar”, “elit ailələr” və digər zümrələrdən formalaşması prinsipinə yenidən baxılmalı, sistemli dəyişikliklər edilməli, onun fəaliyyət sahəsinin, imkanlarının genişlənməsinə önəm verilməlidir. Zaman tələb edir ki, xarici diplomatik korpusumuzun “ağır artilleriyası” sabiq iri məmurlar, elitadakı imkanlı ailələrin özünə dinc və rahat həyat axtaran nümayəndələri yox, müasir dünyagörüşlü, peşəkar və savadlı diplomatlar olsun…

Cəlal Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Aprel 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri