Diplomatlara 18 yaşına çatmamış uşaqlara görə müavinət ödənilə bilər
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xidmət dövründə diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarına və övladlığa götürdüyü şəxslərə, həmçinin 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə aylıq müavinət ödənilə bilər. SİA xəbər verir ki, bu, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, diplomatik xidmət orqanının əməkdaşlarının 18 yaşına çatmamış uşaqlarının övladlığa götürdüyü şəxslərin, eləcə də 18 yaşından yuxarı əmək qabiliyyəti olmayan övladlarının və övladlığa götürdüyü şəxslərin bir sıra xərcləri də dövlət tərəfindən ödənilməlidir.
Həmçinin diplomatik xidmət orqanı əməkdaşlarına qəbul edən dövlətdə onlarla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına və övladlığa götürdüyü şəxslərə görə müəyyən məbləğdə təhsil müavinəti ödənilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















