Icma.az
close
up
RU
Diplomdansa kababxana açmaq...

Diplomdansa kababxana açmaq...

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Oğlumun təhsilinə verdiyim pul bəhrəsini vermir, onun yerinə çayxana açardım, oranı işlədərdi”.

Bu sözləri müğənni Nadir Qafarzadə səsləndirib.

“Oğlum İsveçrədə oxudu, indi evdə oturub. Onun təhsilinə uyğun iş yoxdur. Övladım Cenevrədə Biznes və Menecment fakültəsini bitirib. Həmin pula yaxşı çayxana açardım. Kimə lazımdır təhsil, nəyə lazımdır? Gənclər də görür ki, təhsilli insanlara önəm vermirlər, gedib Tiktokda canlı yayım açırlar. Onlar düşünürlər ki, gedib dörd-beş il oxumaqdansa, belə rahatca oturub, pul qazanmaq daha yaxşıdı”, - o bildirib.

Şübhəsiz, Nadir Qafarzadə bu xüsusda tək deyil və problemli bir məsələyə toxunub. Çox vaxt valideynlər öz övladlarının ali təhsili üçün ətək-ətək pul xərcləyir (bura təbii ki, repetitor xərcləri də daxildir), amma nəticə sıfra yaxın olur. Yəni təhsil xərclər özünü doğrulmur.

Bəs Azərbaycanın əmək bazarında niyə belə vəziyyət yaranıb? Bu, müstəsna olaraq, valideynin və ya övladın yanlış seçimidir, yoxsa? Çıxış yolu nədir? Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Valideynlər övladlarının ixtisas və təhsil ölkəsini seçərkən, onların potensialını nəzərə almadan qərar verirlər. Hər bir valideyn əvvəlcə övladının potensialını bilməlidir. Bunun üçün illərdir təklif edirik ki, Elm və Təhsil Nazirliyi 12 yaşdan başlayaraq məktəblərdə şagirdlərin peşə potensialını müəyyən edən psixoloji testlər keçirsin. Bu, beynəlxalq təcrübədə də mövcuddur. 12 yaşdan etibarən, ildə iki dəfədən çox olmayaraq belə testlər keçirilir və şagirdin hansı sahədə potensiala malik olduğu müəyyən edilir, nəticələr isə davamlı olaraq valideynlərə təqdim olunur.

Valideynlər övladlarının potensialını nəzərə almadan, tanışlarının övladlarının xaricdə təhsil alması və ya müəyyən ixtisaslara yiyələnməsindən təsirlənərək, öz övladlarını da həmin istiqamətlərə yönləndirirlər. Bu zaman övladlarının həmin sahələrə marağı və ya qabiliyyəti olub-olmaması önəmsiz qalır. Nəticədə, başqa sahədə uğurlu ola biləcək bir şəxs, seçilməyən sahədə ömrü boyu özünü xoşbəxt və rahat hiss etmir. Burada iki məsələ var. Birincisi, ölkə daxilində dövlət tərəfindən keçirilən qrup imtahanlarıdır, bir hər zaman təklif edirik ki, bu, ixtisas imtahanları ilə əvəz olunsun. İkincisi isə valideynlərin övladlarının ixtisas seçiminə müdaxiləsidir".

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin hazırkı qrup imtahanları bəzi hallarda abituriyentlərin arzuladıqları peşə üzrə təhsil almalarına maneə yaradır: “Əgər bu imtahanlar ixtisaslara uyğun imtahanlarla əvəz olunsa, abituriyentlər istədikləri ixtisas üzrə ali təhsil müəssisələrinə müraciət edə və həmin sahədə təhsil ala bilərlər. Problemin əsas mənbəyi də buradadır. Bu problemin həlli üçün Elm və Təhsil Nazirliyi 7-ci sinifdən 11-ci sinfə qədər şagirdlər arasında psixoloji testlər təşkil edə bilər. Bu testlərin nəticələri valideynlərə mütəmadi olaraq təqdim edilməlidir ki, onlar övladlarının potensialını daha yaxşı anlasınlar və gələcəkdə peşmançılıq yaşamazlar”.

Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov isə qeyd edib ki, ümumilikdə təhsilə münasibət dəyişməlidir: “Elə ölkələr var ki, orada çox varlı bir ailə övladının ali təhsil almasına müdaxilə etmir və uşaq da öz seçimi ilə gedib hansısa işlə məşğul olur - ya ixtisaslı bir fəaliyyət peşəsi ilə, ya hansısa bir xidmət sahəsində, ya da özünüməşğulluqla. Bizdə isə bu, oxumaq sovet dövründən qalma bir dəbdir. Qızlar üçün oxumaq ümumiyyətlə, diplom cehiz sayılırdı bir vaxtlar. Biri var oxumaq, biri var diplom almaq. Diplom almaq dəbi idi. İndi də təəssüf ki, hələ də o tendensiya davam edir. Kimin imkanı var, yoxdur, kimsə kredit götürür və s., çalışır ki, uşaqları hansısa ali məktəb diplomu əldə etsin, bu mümkün deyilsə, heç olmasa bir kollec diplomu əldə etsin. Nəticədə uşaqlarını müxtəlif istiqamətlərə yönəldirlər və onlar istədiklərini yox, valideynlərin istədiyini əldə etmiş olurlar”.

Ekspert ikinci səbəb haqda da danışdı: “Məzunlar valideynlərdən əlavə, ixtisas seçimində istədiklərinə nail ola bilmirlər. Bu da test sistemi ilə bağlıdır. Belə ki, orada qrupu seçirsən, amma topladığın bala uyğun olaraq avtomatik sənin üçün o ixtisas seçimi gedir. Bəzi tələbələr ali təhsil almağa məcbur olduqlarını düşünürlər, çünki valideynlərinin gözləntilərini qarşılamaq istəyirlər. Onlar düşünürlər ki, ali təhsil almasalar, valideynləri nə deyəcək? Bu səbəbdən, ”eybi yox, bir ali təhsil alım, sonra baxarıq" düşüncəsi ilə hərəkət edirlər. Lakin təhsil aldıqdan sonra əmək bazarında uyğun iş tapmaqda çətinlik çəkirlər və ya ixtisaslarına tam yiyələnə bilmirlər. Nəticədə, diplomları sadəcə, bir xatirə sənədinə çevrilir".

S.Məmmədova görə, problemin kökü yalnız valideynlərin təzyiqində deyil, həm də təhsil sistemindəki məsələlərdə və cəmiyyətdəki ənənəvi düşüncələrdədir: “Əlavə olaraq, Azərbaycanda təhsil alanların nəzəri biliklərə sahib olmalarına baxmayaraq, praktiki vərdişlərinin yetərsiz olması da mühüm bir problemdir. Məsələn, mühəndislik ixtisası üzrə təhsil alan tələbələr yalnız kitab oxumaqla kifayətlənməməli, həm də potensial iş sahələrində ciddi təcrübə keçməlidirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 15 Fevral 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri