Icma.az
close
up
RU
Diplomlu işsizlər ordu su... Universitetlər əmək bazarının tələblərinə uyğun bilikli kadr yetişdirə bilmir

Diplomlu işsizlər ordu su... Universitetlər əmək bazarının tələblərinə uyğun bilikli kadr yetişdirə bilmir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İxtisasların müəyyənləşdirilməsini müvafiq qurumların birgə təsnifatlaşmanı Nazirlər Kabineti aparır və Nazirlər Kabineti bu təsnifatlaşmanı təsadüfi aparmır.  Gələcək əmək bazarında hansı kadrlara ehtiyac olacaq? Bu hesablamalar müvafiq ölçmələr nəticəsində müəyyənləşdirilib. Görünən budur ki, bizim universitetlərimiz lazımi biliyi verə bilmir. Bu, başa düşüləndir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov açıqlamasında bildirib ki, universitet "Texnoparkım, təcrübə stansiyalarım yoxdur. Mən nəzəri bilikdən başqa başqa bilik verə bilmirəm. Praktiki bacarıqları qarşılaya bilmirəm" deyə bilər.

İlqar Orucov

“Söhbət ondan gedir ki, universitetin qazancı da var. Biz universitetimizə baxanda görürük ki, əldə etdikləri qazanc nəyə gedir? Universitetin təmirinə gedir. Bir universitet indiyə qədər formal olaraq əmək bazarı üçün hazırladığı kadrlara normal praktiki bacarıqları verə bilmir. Əmək bazarı ilə iş gerçəkdən də çox zəif qurulub. Bunu universitetlərimiz 20 il bundan öncə etsəydi, başa düşülən idi. Çünki hələ müstəqilliyimizi yeni əldə etmişdik. Biz elmi tədqiqatları universitetlərdə qura bilməmişik. Əmək bazarı üçün lazımi kadr potensialını universitetlərdə təmin edə bilməmişik. Biz məzunlarımıza, tələbələrimizə gələcəkdə əmək bazarı üçün lazım ola biləcək bilikləri verə bilmirik. Yaxşı, onda biz nə qurmuşuq? Universitetlər bu istiqamətdə işləməli, çalışmalıdırlar. Köhnəlmiş ixtisaslar, gələcəkdə əmək bazarı üçün lazım olmayan ixtisaslar mütləq şəkildə aradan qaldırılmalıdır”-deyə ekspert bildirib.

İlqar Orucov bildirib ki, bu gün dünyada multidisiplinar, transsiplinar və interdisiplinar istiqamətlərdə kadr hazırlığı üzrə işlər görülür.

“Bununla bağlı universitetlər üçün müvafiq vəsait hazırlanıb. Bu, universitet idarə edənlər üçün bir vəsait kimi istifadə oluna bilər. Müasir dünya mənzərəsində yeni ixtisaslar formalaşır və getdikcə daha da çoxalacaq. Müasir ixtisaslar həm də artıq bir neçə fənnin multidisiplinar, transdisiplinar münasibətlərində mövcud olacaq və bu, çox vacibdir. Bizim universitetlər bu istiqamətdə həqiqətən çalışmalıdırlar və strategiyalarını hazırlamalıdırlar. Gələcəkdə həmin ixtisaslar üzrə onlar öz kadrlarının peşəkarlığın artırılması istiqamətində çalışmalıdırlar. Mən bir neçə universitetdə formal olaraq qurulmuş institutları görmüşəm, hansı ki, sadəcə olaraq adı var. Başa düşürəm, təqdir olunmalıdır. Belə bir istək var, amma sadəcə görüntüdür”-deyə İlqar Orucov qeyd edib.

Ekspert bildirib ki, gələcəyin ixtisasları rəqəmsallaşma və süni zəka ilə bağlı olacaq.

“Bu ixtisası qursaq da, bu istiqamət üzrə tədrisi həyata keçirən mütəxəssis lazımdır. Bu mütəxəssisləri də universitetlər hazırlamalıdır. Bu istiqamətdə mən universitetlərdə yaxşı mənada işlər görməmişəm və çox az sayda yaxşı nümunələrimiz var. Biz universitetlərdə elmdən danışırıq. 30 ildir ki, danışılır. Amma universitetdə universitet elmi demək olar ki, yoxdur və görüntüdən başqa bir şey deyil”-deyə İlqar Orucov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri