Icma.az
close
up
RU
Diplomlu işsiz, yoxsa təhsilli işçi? Universitetlər peşə məktəbinə uduzur

Diplomlu işsiz, yoxsa təhsilli işçi? Universitetlər peşə məktəbinə uduzur

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Növbəti tədris ilindən peşə təhsili müəssisələrində təhsil alan tələbələrin sayı 50 minə çata bilər”. 

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, orada əsasən dövlət sifarişli yerlər olacaq:

"Peşə təhsilinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssisələrində təhsil alan tələbələrin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağıq ki müəyyən edilmiş hədəfləri reallaşdıraq". 

Nazir müavini əlavə edib ki, bu il peşə təhsili üzrə məktəblərə 27 min tələbə qəbul olunub və onların 84%-i dövlət sifarişi üzrədir:

"Bizim ali təhsil müəssisələrində isə tələbələrin yalnız 50 faizi dövlət sifarişi üzrə qəbul olunur. Bir tələbəyə orta hesabla xərclər 600–700 manat təşkil edir. Bəzi hallarda isə məsələn, bir tələbəyə illik xərclər 2 min 700 manat olur. 

Ən çox xərclərimiz isə məktəbəqədər təhsil müəssisələrinə sərf olunur. Burada bir uşağa təxminən 4 000-4 500 manat xərclənir. Bunun əsas səbəbi burada qida seqmentinin olmasıdır, yəni uşaqlara qida verilir. Bu səbəbdən də xərclər daha yüksəkdir". 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə 57236 nəfər (o cümlədən 6461 subbakalavr) qəbul olunub. Peşə məktəblərinəqəbul sayının iki dəfə artırılması və tələbə sayının 50 minə çatacağı onu göstərir ki, ali məktəblərə qəbul sayı ilə bərabərləşəcək. 

Bu, artıq ali təhsilin peşə təhsilinə uduzmasının göstəricisidirmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Azərbaycanda 2025–2026-cı tədris ili üzrə qəbul göstəriciləri təhsil sisteminin strukturunda tarazlaşmanın başladığını və peşə təhsilinin strateji yüksəliş mərhələsinə daxil olduğunu nümayiş etdirir: 

“Rəsmi məlumatlara əsasən, bu il ali məktəblərə 57 236 nəfər, peşə məktəblərinə isə 27 mindən çox gənc qəbul olunub. Bu, ölkədə uzun illər ərzində müşahidə olunan “yalnız ali təhsil uğurun əsas ölçüsüdür” stereotipindən mərhələli şəkildəuzaqlaşmanın təzahürüdür. 

Əgər 2018-ci ildə peşə təhsilinə qəbul olunanların sayı 10 mindən az idisə, bu gün artıq üç dəfədən çox artım müşahidə edilir. Bu artım təsadüfi deyil, Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi sistemli peşə təhsili islahatlarının nəticəsidir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 17-ci maddəsində açıq şəkildə göstərilir ki, peşə təhsili “əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasına” xidmət edir. 

Bu yanaşma uzun illər formal səviyyədə qalsa da, son dövrlərdə real iqtisadi vəinstitusional məzmun qazanıb. Nazirliyin “Peşə təhsili üzrə Dövlət Strategiyası”, “Peşə Təhsili üzrə 2023–2030-cu illər Dövlət Proqramı” və “İkili təhsil sistemi” layihələri əmək bazarı ilə təhsil arasında real əlaqə yaradan modellərdir. Məhz bu islahatlar nəticəsində peşə məktəblərinə maraq artıb, dövlət sifarişli ixtisasların sayı genişlənib, təhsil müəssisələrinin avadanlıq və texnoloji infrastrukturu yenilənib. 

Statistik təhlil göstərir ki, peşə təhsilinə yönələn gənclərin sayı son 5 ildə 180 faiz artıb. Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin sonuna peşə təhsili məzunlarının 68 faizi ixtisası üzrə işlə təmin olunub. Bu göstərici ali təhsil məzunlarında cəmi 42 faiz təşkil edir. 

Yəni peşə məktəbləri əmək bazarına daha sürətli və effektiv inteqrasiya imkanı yaradır. Bu, həm sosial, həm də iqtisadi baxımdan müsbət nəticədir, çünki gənclər qısa müddətdə gəlir gətirən bacarıqlara yiyələnir, istehsal və xidmət sektorunda real işçi qüvvəsinə çevrilirlər”. 

Peşə təhsili daha cəlbedicidir, çünki...

Ekspertin sözlərinə görə, dünya təcrübəsi bu istiqamətdə Azərbaycanın addımlarını təsdiqləyir: 

“Almaniyada gənclərin 52 faizi ali yox, peşə təhsilini seçir, bu model “dualeAusbildung” adlanır və iqtisadiyyatın davamlı inkişafında əsas rol oynayır. Finlandiyada peşə təhsili alanların payı 42 faiz, Cənubi Koreyada isə 48 faizdir. 

Azərbaycan bu göstəricilərəyaxınlaşmaqla, əslində, təhsil sisteminin struktur balansını Avropa standartlarına uyğunlaşdırır. Bu, Elm və Təhsil Nazirliyinin məqsədyönlü siyasətinin nəticəsidir. Nazirliyin həyata keçirdiyi “Rəqəmsal Peşə Təhsili Platforması”, “Məzun Məşğulluq İzləmə Sistemi”, “Regionlarda sənaye-peşə mərkəzləri” kimi təşəbbüslər peşə təhsilinin cəlbediciliyini artırır, onu real iqtisadi inkişafın mühüm elementi kimi formalaşdırır”.

“Hamının diplomu yox, bacarığı olmalıdır”

Ekspertin fikrincə, mənfi tərəf ondan ibarətdir ki, ölkədə hələ də peşə təhsilinə sosial münasibət tam dəyişməyib: 

“Cəmiyyətin bir hissəsində bu sahə hələ də “ikinci dərəcəli təhsil forması” kimi qəbul olunur. Halbuki, hazırda informasiya texnologiyaları, logistika, kənd təsərrüfatı, turizm və enerji sahələrində məhz peşə ixtisaslı kadrlara yüksək tələbat var. 

Bu stereotipin qırılması üçün Nazirliyin ictimai kommunikasiya strategiyasını daha da gücləndirməsi, uğurlu məzunların nümunə kimi təqdim olunması, məktəblərdəpeşəyönümlü təlimlərin erkən mərhələdən təşviq edilməsi vacibdir. Peşə təhsilinin perspektivləri çoxşaxəlidir. 

2026-cı il üçün hədəf 50 min tələbə qəbuludur ki, bu da ali təhsilə qəbul göstəricisinin təxminən 85 faizinə bərabər olacaq. Bu dinamika qorunarsa, 2030-cu ilə qədər peşə təhsili ilə ali təhsil arasındakı nisbət 60:40 səviyyəsinə yaxınlaşacaq, bu, Almaniya və Finlandiya modelinə bərabər deməkdir. Bu tendensiya həm gənclərin sosial rifahına, həm də dövlətin iqtisadi sabitliyinə uzunmüddətli töhfə verəcək. 

Elm və Təhsil Nazirliyinin bu sahədə gördüyü işlər təkcə struktur islahat deyil, həm də sosial siyasətin mühüm tərkib hissəsidir. Nazirliyin məqsədi təkcə ixtisaslı fəhlə və texniki kadr hazırlamaq deyil, həm də cəmiyyətin təhsil-məşğulluq əlaqələrini yenidən qurmaqdır. Bu, həm sosial ədalətin təmin olunması, həm də “hamının diplomu yox, bacarığı olmalıdır” prinsipi əsasında yeni təhsil fəlsəfəsinin formalaşması deməkdir. 

Hesab edirəm ki, peşə təhsilinə artan maraq ali təhsilin zəifləməsi yox, sistemin sağlam transformasiyasıdır. Gələcəkdə bu iki istiqamət bir-birini tamamlayan paralel sahələr kimi fəaliyyət göstərəcək. Nazirliyin bu siyasəti sosial təbəqələr arasında bərabərliyi gücləndirir, əmək bazarına yönəlmiş çevik və inklüziv təhsil modeli yaradır. 

Bu model davamlı inkişaf strategiyasının tərkib hissəsinə çevrilməklə, ölkənin insan kapitalının keyfiyyətini artırır və Azərbaycanın təhsil sistemini regionun ən çevik və dayanıqlı sistemlərindən birinə çevirmək potensialına malikdir”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri