Icma.az
close
up
RU
DİQQƏT! Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə...

DİQQƏT! Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə...

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Artıq xeyli müddətdir ki, Bakı şəhərində söküntü işləri gedir. Söküntülər həm köhnə çoxmənzili yaşayış binalarında, həm də fərdi yaşayış evlərindən ibarət olan yaşayış ərazilərində aparılır. Bunlar söküldükcə həmin ərazilərdə olan kirayə evlər də kirayə mənzil bazarından çıxmış olur”.

Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans-a kirayə mənzil bazarının hazırkı vəziyyəti ilə bağlı açıqlamasında deyib.

“Hazırda söküntülər iki formada aparılır. Özəl sektor sökür və yerində yeni binalar tikir. Bu zaman həmin evlərin sahiblərinə yeni binalardan evlər verilir. Lakin bu evlər yenidən kirayə bazarına daxil olsa belə onların qiyməti yeni olduqlarına görə digərlərindən iki dəfə yüksək olur. Digər tərəfdən isə dövlət xətti ilə söküntülər aparılır ki, bu söküntülər zamanı evlər sökülür və vətəndaşlara mənzil yox, kompensasiya verilir. Bu zaman həmin ərazilərdəki mənzillər də kirayə bazarından çıxır. Yaxın gələcəkdə Bakının mərkəz, mərkəzə yaxın əraziləri, daha çox tələbələrin yerləşdiyi Yasamal, Nəsimi, Nərimanov rayonlarında, demək olar ki, əlçatan qiymətə kirayə mənzil qalmayacaq”.

Ekspert qeyd edib ki, mərkəzi ərazilərdə uyğun qiymətə mənzil tapmayan tələbələr Bakı ətrafı ərazilərə üz tutmağa məcbur qalacaqlar. Bu isə onların xərclərinin üzərinə yol xərcinin də gəlməsinə səbəb olacaq.

“Tələbələrin kirayə mənzil bazarında çəkilməsinə və kirayə mənzil bazarının az da olsa rahatlamasını təmin etmək üçün bir zamanlar mövcud olan tələbə yataqxanalarını yenidən bərpa edərək başlanıla bilər. Düzdür, artıq həmin yataqxanalar yaşayış üçün əlverişli deyil amma onların yerində daha müasir, hündürmərtəbəli, daha çox otaqdan ibarət olan yenilərinin tikilməsi məqsədəuyğun ola bilər. Bu, tələbələrin böyük qisminin mənzil problemini aradan qaldıra bilər”.

Fidan Vəlisoy 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2025 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri