Icma.az
close
up
RU
Diqqət! Bunlar süd vəzi xərçənginin riskini artırır

Diqqət! Bunlar süd vəzi xərçənginin riskini artırır

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Bütün dünyada qadınlar arasında süd vəzi xərçəngi ən yayılmış xərçəng forması sayılır.

Son zamanlar bu xəstəliyin daha da artması müşahidə olunur. Həmçinin süd vəzi xərçəngi xeyli "cavanlaşıb" və hal hazırda gənc qadınlarda da aşkar olunur.

Hər bir qadın bilməlidir ki, bəzi amillər bu xəstəliyinin riskini artırır.

Bu amillər arasında:

- İrsi faktor. Yaxın qohumları arasında (ana, bacı) süd vəzi xərçənginin olması çox ciddi risk faktoru sayılır.

- Menstruasiyaların 11 yaşında və bundan tez başlanması.

- Abortlar. Xüsusilə erkən abortlar (18 yaşına qədər) süd vəzi xərçənginin riskini artırır.

- 1 hamiləlik və ya hamiləliyin olmaması. Qadın nə qədər çox uşaq dünyaya gətirirsə, süd vəzi xərçənginin riski də bir o qədər azalır.

- Əmizdirmənin olmaması və ya əmizdirmənin tez başa çatması. Əmizdirmə tək uşağın sağlamlığı deyil, ananın sağlamlığı üçün də çox vacibdir. Əmizdirməyən və ya 6 aydan az əmizdirən qadınlarda süd vəzi xərçənginin riski uzun müddət ərzində əmizdirən analarla müqayisədə daha çoxdur.

- Gecikmiş menopauza. Menopauzanın (klimaks) 50 yaşdan sonra başlanması.

- Gecikmiş doğuş. 30 yaşından sonra ilk uşağı dünyaya gətirən qadınlarda süd vəzi xərçənginin riski artır.

- Siqaret çəkmək. Araşdırmalar göstərir ki, siqaret çəkən qadınlarda süd vəzi xərçəngi daha tez-tez inkişaf edir.

- Piylənmə.

- Qalxanvari vəzi xəstəlikləri.

- Mastit, süd vəzi travmaları.

- Radiasiyanın təsiri. (Burada günəş şüalanmasının həddindən artıq təsiri də nəzərdə tutulur.)

- Mastopatiyanın bəzi formaları. Bu səbəbdən mastopatiyası olan qadın daim mammoloqun nəzarəti altında olmalıdır.

Sizdə bu risk faktorları varsa, süd vəzilərin vəziyyətinə daim nəzarət edin, mammoloqun profilaktik müayinələrindən keçin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri