Icma.az
close
up
RU
DİQQƏT: Dəniz kənarına gətirdiyiniz bu ərzaqlardan zəhərlənə bilərsiniz KONKRET

DİQQƏT: Dəniz kənarına gətirdiyiniz bu ərzaqlardan zəhərlənə bilərsiniz KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yay mövsümünün qızğın çağında dəniz kənarına istirahətə üz tutan vətəndaşlar arasında qida zəhərlənmələri ilə bağlı hallar müşahidə olunur. Xüsusilə, insanlar özləri ilə ev şəraitində hazırlanmış mayonezli salatlar və ya çiy ət məhsulları gətirdikdə bu risk daha da artır”.

Bu fikirləri qida məsələləri üzrə mütəxəssis Ağa Salamov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Yüksək temperaturda mayonezdən hazırlanmış məhsulların avtomobildə və ya çimərlikdə uzun müddət saxlanılması qida zəhərlənməsinə yol aça bilər. Əsasən kabab bişirmək üçün gətirilən çiy ətin düzgün qorunmaması da təhlükəli nəticələr doğurur”.

Mütəxəssis tövsiyə edir ki, bu cür halların qarşısını almaq üçün insanlar ya dəniz kənarında fəaliyyət göstərən və qida təhlükəsizliyi standartlarına cavab verən ictimai iaşə obyektlərinə üstünlük versinlər, ya da özləri ilə gətirdikləri məhsullarda daha ehtiyatlı davransınlar.

“Mayonezli salatların əvəzinə zeytun yağı ilə hazırlanmış tərəvəz salatlarına üstünlük verilməsi tövsiyə olunur. Bu, həm sağlamlıq baxımından daha uyğundur, həm də isti havada daha az risklidir. Əgər kabab üçün ət aparılırsa, onun dəniz kənarına yaxın marketlərdən alınması və tezliklə bişirilməsi daha məqsədəuyğundur”.

Ekspert vurğulayıb ki, çimərlik istirahəti zamanı vətəndaşlar şəxsi gigiyena və qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməlidirlər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri