Icma.az
close
up
RU
Dəniz balıqlarını bu yolla fərqləndirə bilərsiniz KONKRET

Dəniz balıqlarını bu yolla fərqləndirə bilərsiniz KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çay, göl və dəniz balıqlarını bir-birindən fərqləndirmək çətin görünsə də, bir sıra xarakterik əlamətlərə diqqət yetirməklə onların mənşəyini müəyyən etmək mümkündür.

Qida məsələləri üzrə ekspert İlkin Şirinov KONKRET.az-a açıqlamasında bildirib ki, dəniz balıqları ilə çay və göl balıqları arasında əsas fərqlər həm görünüşdə, həm də dad xüsusiyyətlərində özünü göstərir:

“Dəniz balıqları adətən duzludur. Onların gözləri və pulcuqları daha şəffaf, metal parıltısına malik olur. Dəniz balıqları çox kök və yağlı olmur, bədən quruluşları isə uzunsov və elastikdir. Bu, onların daim hərəkətdə olmaları ilə bağlıdır. Həmçinin dəniz balıqlarının pulcuqları bir-birinə daha sıx bağlı olur,” – ekspert qeyd edib.

İlkin Şirinovun sözlərinə görə, çay balıqları dəniz balıqlarına nisbətən daha ətli və bir qədər yağlıdır. Göl balıqları isə bu xüsusiyyətlərin tam əksini daşıyır:

“Göl balıqlarının pulcuqları iri və tez qopan olur, rəngi isə şəffaf deyil, bir qədər tünd tonlardadır. Gözləri tez bulanır, qəlsəmələrinin rəngi isə daha tünddür. Göl balıqlarından çox vaxt yosun, torpaq və palçıq qoxusu gəlir. Bu qoxu həm balığın ətində, həm də saxlanması zamanı hiss olunur.”

İlkin Şirinov bildirib ki, göl balıqlarında ən ciddi problemlərdən biri onların yemlənmə prosesi ilə bağlıdır:

“Göllərdə balıqların nə ilə yemlənməsi çox zaman nəzarətsiz qalır. Bəzən onlara müxtəlif peyin və kimyəvi maddələr verilir. Bu, balığın tərkibində özünü büruzə verir və insan sağlamlığı üçün təhlükə yaradır. Bu cür yemlər müxtəlif xəstəliklərə yol aça bilər.”

Ekspert vurğulayıb ki, balıq alarkən onun görünüşünə, qoxusuna və göz şəffaflığına diqqət etmək lazımdır. Bu sadə əlamətlər vasitəsilə balığın dənizdən, çaydan, yoxsa göldən tutulduğunu təyin etmək mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri