DİQQƏT: Əsgərlərə bu telefonlardan istifadəyə icazə veriləcək
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Orduda təhlükəsizlik və məxfilik tələblərinin gücləndirilməsi fonunda əsgərlərin mobil telefon istifadəsi məsələsi yenidən gündəmə gəlib. Şəxsi smartfonların qadağan olunması, əvəzində isə nəzarətli və məhdud rabitə vasitələrinin tətbiqi mümkün variant kimi müzakirə olunur. Maraqlıdır, bu model Azərbaycan Ordusunda reallaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirib ki, dünya praktikasında bu model artıq bir çox ölkələrdə tətbiq olunur. Onun sözlərinə görə, xüsusilə Türkiyə Silahlı Qüvvələrində hərbi hissələrdə və ali hərbi məktəblərdə taksafonlardan geniş istifadə olunur.
“Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb. Hazırda bəzi ali hərbi məktəblərdə taksafonlar quraşdırılıb və kursantlar həmin vasitələrdən istifadə edirlər. Gələcəkdə isə bu sistemin bütün hərbi hissələrdə və ali hərbi təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur”.
Rövşən Məhərrəmov vurğulayıb ki, hərbi qurumlarda smartfon və şəxsi mobil telefonlardan istifadəyə yol verilməməlidir:
“Əsgərlər xidmətə çağırılarkən xüsusi kartlarla təmin oluna bilər və həmin kartlar vasitəsilə taksafonlardan istifadə edəcəklər. Bu zaman bütün danışıqlar nəzarətdə saxlanılmalı, məxfilik rejimi ciddi şəkildə qorunmalıdır”.
Polkovnik əlavə edib ki, komandirlər və digər vəzifəli şəxslər tərəfindən əsgərlər arasında məxfilik qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər də aparılmalıdır.
Onun sözlərinə görə, oxşar təcrübə digər ölkələrin ordularında da mövcuddur və xüsusilə Türkiyədə əsgərlərə paylanan xüsusi kartlar vasitəsilə nəzarətli telefon əlaqəsi təmin edilir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 Fevral 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















