Direktor: Neft bazarındakı şəraitdə regionumuzun logistik imkanları əsas rol oynayır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Neft bazarında müşahidə olunan son dərəcə dinamik və dəyişkən şəraitdə bölgəmizin (Xəzər və Mərkəzi Asiya) təmin etdiyi logistik həllər əsas rol oynayır.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxış edərkən "SOCAR Trading"in (SOCAR-ın ticarət qolu - red.) kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə deyib.
Onun sözlərinə görə, müxtəlif səbəblərdən dünya bazarlarında neft qiymətləri eyni diapazonda dəyişməkdə davam edir, bu, stress və volotilliyə səbəb olur.
"Bizim sektorumuz üçün vacib amillərdən biri təbii ki, istehsal göstəriciləri və emal marjalarıdır. Biz görürük ki, emal marjaları son illər rekord həddən aşağı düşməyə başlayıb və dəstəkləyici olaraq qalmasına baxmayaraq, 2019-2021-ci illər üçün xarakterik səviyyələrə qayıdır", - Tağı Tağızadə qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















