İcraçı direktor: Azərbaycan cəmiyyəti sülhün və əməkdaşlığın təşviqində nümunəvi rol oynayır AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
COP29 konfransı çərçivəsində Afrika İqlim və Ətraf Mühit Fondu üç əsas istiqamət üzrə fəaliyyət göstərir. Bunlardan birincisi, ətraf mühit və iqlim dəyişikliyindən ən çox təsirlənən qruplardan biri kimi, uşaqların və gənclərin maarifləndirilməsi və dəstəklənməsinə, ikincisi, iqlim dəyişikliklərinin qeyri-proporsional təsirinə məruz qalan icmalarla əməkdaşlıq və onların problemlərinin həllinə dəstək göstərilməsinə, üçüncüsü, yerli xalqların təbiətlə harmoniyada yaşamaq təcrübəsinin qlobal səviyyədə tətbiqi və bu biliklərin iqlim böhranının həllinə töhfə verməsinə xidmət edir. Xüsusilə Afrikanın diqqət mərkəzində olduğu bu istiqamətlər qlobal səviyyədə getdikcə daha çox dəstək qazanır. Yerli xalqların, icmaların və gənclərin bilikləri yalnız öz bölgələrində deyil, qlobal miqyasda da ümid mənbəyidir.
Bu fikirləri COP29 çərçivəsində Afrika İqlim və Ətraf Mühit Fondunun icraçı direktoru Nathaniel David Unctmann AZƏRTAC-a açıqlamasında bildirib.
O, həmçinin COP29 iqlim sammitinə ev sahibliyi edən Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirərək, ölkənin mədəniyyətini və səmimi münasibətlərini konfrans iştirakçılarına nümayiş etdirdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın isti münasibəti və güclü cəmiyyət ruhu, sülhün və əməkdaşlığın təşviqində nümunəvi rol oynayır.
Təşkilatın nümayəndəsi əlavə edib: “Birlikdə daha yaşıl və parlaq gələcək qurmaq üçün bütün ölkələr əməkdaşlığını davam etdirməlidir. İnsanlıq və təbiət arasında tarazlıq yaratmaq və sülhü təmin etmək üçün səylərimizi birləşdirməliyik”.
Üçüncü dəfədir COP sammitlərində iştirak etdiyini deyən Nathaniel David Unctmann əvvəllər COP27 və COP28 tədbirlərinə qatıldığını, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş təşəbbüslərin sürətləndirilməsində fəal rol oynadığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 20 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















