Direktorların işə qəbulu üzrə elektron qeydiyyatın vaxtı açıqlandı
Icma.az bildirir, Adelet.az portalına istinadən.
4 dekabr saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start veriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.
Baxış sayı:110
Bu xəbər 02 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















