Icma.az
close
up
RU
“Direktorun dediklərini etməkdən çəkindiyim üçün məni işdən çıxardı”

“Direktorun dediklərini etməkdən çəkindiyim üçün məni işdən çıxardı”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Heydər Əliyev adına Liseyin direktoru Sevinc Orucova vaxtilə Ramiz Mehdiyevin adından istifadə edib “at oynadırdı”. İndi də 9 ildir işlədiyim liseydən məni əsassız olaraq çıxarıb”. 

Bu iddia ilə “Qafqazinfo”ya adıçəkilən liseydə tibb bacısı olaraq çalışmış Aidə Nəsibova müraciət edib. 

O bildirib ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qohumu olan direktorun bu addımı atması üçün heç bir əsaslı səbəb olmayıb: “Sevinc Orucova Rafiq qızının əsassız şikayətlərinə görə işdən çıxarılmışam. Mən bu liseyə 2 nömrəli uşaq poliklinikası tərəfindən göndərilmişdim. Ora da vəziyyətimi bildirmişdim ki, 3 atasız övladım var. Artıq 8 ildən çoxdur buradayam. Lakin direktor hər yerdən mənə təzyiq edir. Dekabrın 3-ü poliklinikadan çağırıb dedilər ki, “direktorun şikayətləri əsasında səni liseydən çıxarırıq”. Əslində məlum məsələ idi, çünki direktor məni hələ çıxarmamışdan əvvəl demişdi ki, “bura dəyirman deyil ki, pul vermədən işləyəsən...”

Məndən 2 min manat pul tələb etdi. Bildirdi ki, liseydəki bəzi şəxslərlə münasibətlərimi pisləşdirim. Mən isə bunu etməkdən çəkinirdim. Elə buna görə də haqqımda heç bir əsası olmayan şikayətlərlə işdən çıxmağıma səbəb oldu. Himayəmdə xəstə anam da var. Axı bu, vicdansızlıqdır. Heç bir köməyim yoxdur. Ona görə də burada işləməyə məcburam. Lisey isə düz evimin yanında olduğu üçün mənə uyğun idi”. 

A.Nəsibova direktorun, həmçinin məktəbdə təhsil alan uşaqlara da psixoloji təzyiq etdiyini iddia edib: “Uşaqlar da çətin vəziyyətdədir. Valideyinləri əlacsız qoyub. Neçə uşaq psixoloji müalicə alır. Onlara KSQ və BSQ adı altında aşağı qiymət yazdırır. Bundan sonra isə valideynlərdən 500 AZN tələb edərək qiymətləri düzəldir”.

Fotoda: Sevinc Orucova

Məsələ ilə bağlı Heydər Əliyev adına Liseyə sorğu ünvanladıq. Liseydən sorğumuza cavab olaraq bildirildi ki, 2 nömrəli uşaq poliklinikasından liseyə təhkim olunmuş tibb bacısının çalışdığı səhiyyə müəssisəsi tərəfindən geri çağırılması müvafiq prosedur qaydalara əsaslanır: “Onun liseyə təhkim olunduğu dövrdəki fəaliyyətində pedaqoji mühitə uyğun olmayan davranışları da geri çağırılmasının səbəbləri sırasında yer alır.

Bütün bunlar nəzərə alınaraq 3 dekabr 2025-ci il tarixində 2 nömrəli uşaq poliklinikasının əmrinə əsasən onun liseydəki fəaliyyətinə xitam verilib və təhsil müəssisəsinə başqa tibb bacısı təhkim olunub. Tibbi bacısının liseyin rəhbərliyinə aid digər iddiaları isə tamamilə əsassızdır”.

Xatırladaq ki, Sevinc Orucovaya 2020-ci ildə Elm və təhsil nazirinin əmri ilə töhmət verilmişdi. Buna səbəb onun sərt karantin rejiminin tətbiq edildiyi vaxtda Ramiz Mehdiyevin nəvəsinin toyunda xüsusi karantin rejimi qaydalarını pozması olmuşdu. 

Bu, lisey direktorunun adının yer aldığı ilk qalmaqal deyil. S.Orucova həmçinin ötən il liseyin məzunlarından birini “Son zəng”ə gəlməsinə icazə verməyib. Bununla bağlı şagirdin anası paylaşım edib. O bildirmişdi ki, məktəbdən tədbir üçün tələb olunan 300 manatı maddi baxımdan ödəyə bilmədiyi üçün qızı direktor tərəfindən “Son zəng”ə buraxılamayıb. 

Fidan Etibar 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:477
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri