Icma.az
close
up
RU
“Mal qarasını otarmadığım üçün məni işdən çıxardı” Direktordan cavab

“Mal qarasını otarmadığım üçün məni işdən çıxardı” Direktordan cavab

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Cəlilabad rayonu Həsənli kənd orta ümumtəhsil məktəbinin direktoru Əliqismət Dadaşov onun mal-qarasını otarmadığım üçün yanvar ayında məni qeyri-qanuni şəkildə işdən çıxarıb.

Bu iddia ilə “Qafqazinfo”ya 11 ay əvvəl həmin məktəbdə gözətçi işləyən Taleh Saleh oğlu Əliyev müraciət edib.

Şikayətçinin sözlərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin işə bərpa ilə bağlı qərarı olsa da, direktor onu işə qaytarmayıb: “29 ildir həmin məktəbdə direktor işləyən Əliqismət Dadaşov mənə dedi ki, mal-qaramı otar, otarmadım. Ona görə məni işdən çıxardı. Məni aldatdı, Cəlilabada aparıb hansısa sənədə qol çəkdirərək məni işə qaytaracağını dedi, amma etmədi. Yerimə də qohumunu gətirib. 300 manat əməkhaqqı alırdım, 3 körpə övladım var, xəstə anam da himayəmdədir. Heç bir yerdə də işləmirəm. Onları nə ilə dolandıracağam?”

T.Əliyev deyir ki, direktor ona məktəbdə işləməyə yer verməyib: “Mənə dedi gəl məktəbdə qal, gəldim məktəbə, yer vermədi. Dedi ki, get köhnə məktəbdə qal. Köhnə məktəbdə də soyuq havada necə qalım? Dedim maşınla məktəbin həyətinə gəlim, maşında qalım heç olmasa. Onda da dedi ki, məktəbin həyətinə maşın salma, yolda saxla, yolda qal. Gözətçi işləyirdim. Məktəbin açarını istədim ki, heç olmasa içəridə qalım. Onu da vermədi ki, olmaz. Açarı məndən aldı, dilini dəyişib verəcəyini bildirdi. Məni aldatdı, aparıb rayonda qol çəkdirdi, məni işə qaytarmadı. Mən də məhkəməyə verdim. Məhkəmə oldu, amma Dadaşov məhkəməyə gəlmədi”.

Şikayətçinin bizə göndərdiyi 10 sentyabr 2025-ci il tarixli sənəddən məlum olur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi Etibar Vəliyev adından göndərilən məktubda Cəlilabad rayon kənd ümumi orta məktəbi rəhbərliyinə 30 gün müddətində T.Əliyevi işə bərpa etməsi tapşırılıb.

Şikayətçi Taleh Əliyev bizə müraciətində eyni zamanda vurğulayıb ki, hazırda şikayət məhkəmə müstəvisində mübahisələndirilir. Birinci məhkəmə iclası keçirilsə də, direktor Əliqismət Dadaşov həmin prosesdə iştirak etməyib. İkinci məhkəmə isə dekabrın 4-nə təyin olunub.

İttihamlarla əlaqədar məktəb direktoru Əliqismət Dadaşovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, T.Əliyevin işdən azad edilməsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq həyata keçirilib: “Qeyd edirəm ki, Əliyev Taleh Sakit oğlu barəmdə yaydığı məlumatlarda həqiqətə uyğun olmayan və əsassız iddialar səsləndirir. Həmin şəxsin mənimlə bağlı hər hansı hüquqi əsası yoxdur. Onun tərəfimdən işdən azad edilməsi də qanunvericiliyin tələblərinə tam uyğun olaraq, qanunla əmək müqaviləsinə xitam verilməsi qaydasında həyata keçirilib. Araşdırılmamış və qərəzli informasiyanın tirajlanması həm mənim hüquqlarımın pozulması, həm də ictimaiyyətdə yanlış fikir formalaşdırılması deməkdir. Zərurət yaranacağı təqdirdə qanunla müəyyən edilmiş tədbirlər görmək hüququmu saxlayıram”.

Mədinə Useynova


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri