Icma.az
close
up
RU
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: “Pulumu qaytarın”

Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: “Pulumu qaytarın”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Günümüzün əsas deyimlərindən biri də belədir ki, oxumaq heç vaxt gec deyil. Amma görünən odur ki, bəzi məktəb rəhbərlərinin tələbə ilə mübarizə aparması bu deyimin gerçəkliyini sual altına salır. Xüsusilə də təhsil müəssisələrinin rəhbər heyətinin tələbəyə qarşı olan münasibəti oxumaq istəyini tamamilə yox edir. Min bir əziyyətlə pul toplayıb yeni ixtisasa yiyələnmək üçün addım atmağa qərar verdim. Amma qəbul olunduğum Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva kollecin bərbad durumunu işıqlandırdığım üçün məni hədəf alaraq mübarizəyə başladı, nəticədə isə mən yenidən təhsildən kənarda qaldım”.

Belə bir şikayətlə “Cebheinfo.az”-a Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Almaz Məmmədova müraciət edib.

Bundan əvvəlki müraciətində Almaz Məmmədova direktor Sevinc Həmzəyevanın ona qarşı olan fəaliyyətindən danışıb. (Şikayəti buradan oxuya bilərsiz)

Almaz Məmmədova bu dəfə elm və təhsil naziri Emin Əmrullayevə müraciət edərək təhsilinin dayandırmaq məcburiyyətində qaldığını və ödədiyi təhsil haqqının geri qaytarılmasını xahiş edib.

Müraciətdə Almaz Məmmədova oxuduğu Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyevanın onu hədəfə aldığını, təhsil müəssisəsində tələbə üçün lazım olan vəsaitlərin, hətta laboratoriya otağının olmadığını, buna rəğmən spesifik fənlərin tədris edildini deyir: “Belə bir fonda tələbə qəbulunun davam etdirilməsi burada başqa məqsədlərin olduğuna işarədir”.

Şikayətçi nazirə müraciətində eyni zamanda direktorun bir tələbəyə qarşı olan qeyri-adekvat münasibətindən də bəhs edib. Almaz Məmmədova “Cebheinfo.az”-a deyib ki, təhsilimi dayandırmağa məcburdur:

“Bir direktor tələbə ilə mübarizə aparmamalıdır. Hələ “vor v zakone” terminləri ilə tələbə ilə danışmaq bir direktor üçün heç də yaxşı reputasiya deyil. Mən mediada Sevinc Həmzəyeva ilə bağlı qısa araşdırma etdim. Onunla bağlı müxtəlif vaxtlarda mediada oxşar şikayətlər səslənib. Bu da əslində Sevinc Həmzəyevanın direktor kimi fəaliyyət göstərməsinin uyğun olmadığını, tədris prosesinə çox mənfi təsir etdiyini göstərir. Buna da rəhbər qurumlar olan Elm və Təhsil Nazirliyi, eyni zamanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor seçimlərinə daha ehtiyatlı yanaşmasının vacibdir. Ümid edirəm ki, təhsil sisteminə rəhbərlik edən bu qurumlar mediada gedən şikayətləri diqqətə alaraq ən azından bir araşdırma başladar. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, adıçəkilən kollec Azərbaycan Dövlət İqtisad Universitetinin nəznində fəaliyyət göstərdiyi üçün onlar da bu tip məsələlərə ehtiyyatlı yanaşmalıdır”.

Qeyd edək ki, Almaz Məmmədovanın şikayəti ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci ilə əlaqə saxlamışdıq. Kollecinin şöbə müdiri Tahirə İsmayılova məsələdən məlumatsız olduğunu bildirmişdi: “Almaz Məmmədova ilə direktor arasında belə bir söhbətin şahidi olmamışam. Ona görə də bu haqda heç nə deyə bilmərəm”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri