Icma.az
close
up
RU
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI

Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Atam evdə narkotik vasitədən istifadə edirdi. Mənə həmişə işgəncələr verib. 2023-cü ilin qış aylarında başımı odun sobasına salıb yandırmaq istəyirdi. Həmin vaxt çiynim yandı. Bir dəfə də əlini ağzıma salıb qanatmışdı. Sonra qanayan yerə duz tökmüşdü. Sağ ayağımın baş barmağının dırnağını da kəlbətinlə çıxarıb. 2024-cü ilin son aylarında yenə məni döyməyə başladı. Başımı su dolu vedrəyə salıb işgəncə verirdi. Sonra da göyə qaldırıb yerə çırpdı. Həmin vaxt da ayağım qırıldı”.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bu dəhşət dolu ifadənin müəllifi 14 yaşlı Azadədir (adı şərtidir). Doğma atası tərəfindən qeyd etdiyi dəhşətli işgəncələrə məruz qalan Azadəyə anası da kömək edə bilməyib. Bütün bu işgəncələr Azadənin anasının, 3 yaşlı bacısının və 4 yaşlı qardaşının gözləri qarşısında baş verib.

Hadisənin ən təsirli və dəhşətli hissəsi isə ondan ibarətdir ki, Azadə bütün bu işgəncələrdən sonra heç vaxt həkimə müraciət edə bilməyib. Həkimə aparılacağı təqdirdə cinayət əməlinin üstünün açılacağını bilən İbadov evdə qızını müalicə edirmiş. Atası onun sınmış ayağına belə evdə gips qoyubmuş...

Nəhayət, Azadə və anası bütün bu işgəncələrdən sonra polisə müraciət etməyi qərara alıblar. Bu şikayətlərdən sonra Azadənin atası İbadov həbs edilib. Ona övladına verdiyi işgəncələrə görə və narkotik ittihamı ilə cinayət işi açılıb.

İbadov məhkəmədə dindirilən zaman əməlini etiraf edib. Bu cür qəddar davranışlarını narkotik vasitə istifadəçisi olması və Azadənin dəcəllik etməsi ilə əlaqələndirib.

Azadəyə verdiyi işgəncələri təkrarən danışan İbadov əməlindən peşman olduğunu da dilə gətirib.

“Əsəbi olduğum zaman nə etdiyimi bilməmişəm. Qızımı bir neçə dəfə döymüşəm. Çiynini də yandırmışam, ağzını qanadıb, yerinə duz basmışam. Bunları edəndən sonra peşman olmuşam, amma qızımı həkimə aparmamışam. Qızıma nə üçün əsəbləşdiyimi xatırlamıram. Əsəbi olanda onun başını suya salıb, sonra qaldırıb yerə vurmuşam. Ayağı qırıldığı üçün aptekə gedib gips aldım. Qızımı döyəndə heç kim mənə mane ola bilmirdi. Qızım çox nadinc uşaq olub, anasını incidirdi. Anasının şikayətlərindən sonra bu hərəkətləri düşünmədən etmişəm”-deyə İbadov ifadəsində bunları qeyd edib.

Peşman olduğunu deyən İbadov narkotik satışı ittihamının dəyişdirilməsini də məhkəmədən xahiş edib, yüngül cəza verilməsini xahiş edib.

İşin ilginc tərəfi budur ki, Azadə cinayət işi açılan, həbs edilən atasından sonradan şikayətçi olmayıb. Məhkəmədə atasını bağışladığını deyib.

Bu qandondurucu hadisədə diqqət çəkən məqamlardan biri də Azadənin anasının verdiyi qərar olub. Belə ki, İbadovlar ailə həyatı qurduqdan sonra 3 övladları dünyaya gəlib. Amma ailədaxili problemlər, İbadovun ailə üzvlərinə qarşı qəddar davranışı bu evliliyi bitirib. Onlar boşanıblar, amma sonradan bir yerdə yaşamağa başlayıblar. Birgə yaşadıqları müddətdə daha 2 övladları dünyaya gəlib. Həmin 2 uşağa isə nənəsi ilə babası baxır.

Azadənin anası da dindirilən zaman baş verənləri inkar etməyib. Susmasının səbəbini isə qorxması ilə izah edib. O, ərinin evdə narkotik vasitə çəkdiyini də etiraf edib. Amma ərinin narkotik vasitə satışı ilə məşğul olmadığını söyləyib. Əlavə edib ki, əri bir neçə dəfə narkotik vasitə almaq üçün ondan pul da alıb. Ana da qızı kimi onlara işgəncə verən İbadovu bağışlayıb.

İbadovun narkotik satışı ittihamı dəyişdirilib. Ona narkotik vasitədən istifadəyə və Cinayət Məcəlləsinin 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edilən əməlləri törətməkdə təqsirli bilinən İbadov ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri