Icma.az
close
up
RU
Diş fırçanızı nə vaxt dəyişdirməlisiniz? Həkim izah edir

Diş fırçanızı nə vaxt dəyişdirməlisiniz? Həkim izah edir

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bir çox insanın aylarla dəyişdirmədən istifadə etdiyi diş fırçaları ağız sağlamlığını qorumaq əvəzinə təhlükəyə ata bilər. Diş həkimi Maria Gamez, diş fırçalarının nə qədər tez-tez dəyişdirilməli olduğunu və nə vaxt dərhal atılmalı olduğunu izah edib.

Medicina.az xəbər verir ki, ağız və diş baxımının təməl daşı olan diş fırçaları gündəlik həyatda ən çox istifadə edilən gigiyena məhsullarından biridir.

Lakin, bir çoxumuz diş fırçamızın tükləri tamamilə köhnələnə qədər dəyişdirməyi təxirə salırıq.

İspan diş həkimi Maria Gamez, bu ümumi vərdişin təmizlik səmərəliliyini azaltdığını bildirərək xəbərdarlıqlar edib.

Diş həkiminə görə, diş fırçası ən çoxu 3 aydan bir dəyişdirilməlidir. Zamanla köhnələn və xarab olan fırçanın tükləri diş səthindən lövhə və qida hissəciklərini təmizləmək qabiliyyətini itirir.

Amerika Stomatologiya Assosiasiyası (ADA) da diş fırçalarını hər 3-4 aydan bir dəyişdirməyi tövsiyə edir.

Lakin, tüklər daha tez xaricə doğru yıpranırsa, üç ay bitməmişdən əvvəl belə dərhal yeni bir fırçaya keçmək tövsiyə olunur.

Diş fırçanızı dəyişdirmək üçün yalnız 3 aylıq müddət gözləmək lazım deyil. Mütəxəssislər, qrip və ya soyuqdəymə kimi virus xəstəliyindən sağaldıqdan dərhal sonra diş fırçanızı dəyişdirməyin xüsusilə vacib olduğunu vurğulayırlar.


Gamez bakteriyaların fırçada çoxala biləcəyi barədə xəbərdarlıq edir və bu addımın təkrarlanmanın qarşısını almaq üçün vacib olduğunu vurğulayır.

Mütəxəssis bildirir ki, ağız yaxalayıcısı kimi əlavə məhsullar heç vaxt fırçalamağı əvəz etməməlidir və sağlam ağız üçün gündə 2-3 dəfə ən azı iki dəqiqə dişlərinizi fırçalamağı, müntəzəm olaraq diş ipi ilə təmizləməyi, şəkərli qidalardan və tütündən çəkinməyi tövsiyə edir.

Aygün

Medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 17 Avqust 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri