Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Diş tökülməsinin 70 faizi diş ətinin xəstəliklərindən qaynaqlanır Həkim

Diş tökülməsinin 70 faizi diş ətinin xəstəliklərindən qaynaqlanır Həkim

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkədə bir çox xəstəliklərlə yanaşı, diş xəstəlikləri də yayılıb. Hətta bu xəstəlik yetkinlik yaşına çatan şəxslərdə də yaranır.

Diş xəstəliklərinin yaranma səbəbləri və müalicəsi ilə bağlı Trend həkim-stomatoloq Nazim Pənahovun müsahibəsini təqdim edir:

- Diş əti xəstəlikləri nədir?

- Diş əti xəstəlikləri hazırkı dövrün ən aktual problemlərindən sayılır. Diş əti xəstəlikləri dedikdə, diş ətinin, başqa sözlə, dişi dəstəkləyən toxumaların iltihabi xəstəlikləri nəzərdə tutulur. Yetkinlərdə dişlərin itirilmə səbəblərinin 70% -i məhz diş əti xəstəliklərindən qaynaqlanır. Bu xəstəliklərə erkən mərhələdə diaqnoz qoyulduqda onlar asanlıqla və uğurla müalicə edilə bilər. Diş əti xəstəliyinin qarşısının alınması və ya erkən dövrlərində müalicəsi dişlərin qorunması baxımından vacib olduğu qədər, qidanı yaxşı çeynəmək və daha yaxşı həzm etmək nöqteyi-nəzərindən də çox böyük dəyər daşıyır.

Diş əti xəstəlikləri adətən diş ətinin iltihabı – gingivit ilə başlayır. Xəstəliyin ilkin mərhələsində diş ətlərinə toxunduqda və ya heç bir səbəb olmadan qanayır, rəngləri tünd-qırmızı olur və həcmcə böyüyür. Diş əti xəstəliyinin ilk və ən əhəmiyyətli əlaməti olan qanamaya səbəb dişlər üzərində yığılan və xəstəliyə səbəb olan bakteriyaların müəyyən bir dönəmdə diş ətini iltihablaşdırmasıdır. Bəzən xəstəliyin erkən dövrlərində çox narahatlığa səbəb olmasa da, müalicə edilməzsə, xəstəlik sonrakı mərhələdə parodontitin digər mərhələlərinə keçə bilər və dişləri dəstəkləyən alveol sümüyündə geridönməz dəyişikliklər yarada bilər. Ağızdan qan və irin qoxusunun gəlməsi, eləcə də diş ətialtı və diş ətiüstü diş daşlarının yığılması bu xəstəliyin sonrakı əlamətləri arasındadır.

- Diş əti xəstəliklərinin yaranma səbəbləri nələrdir?

- Diş əti xəstəliklərini ümumi orqanizm xəstəliyi kimi dəyərləndirmək lazımdır. Bu səbəbdən diş əti xəstəliklərinə təkcə yerli, yalnız ağız boşluğunun problemi kimi baxmaq olmaz. Həkim xəstəliyin səbəbini araşdırıb tapdıqdan sonra ümumi orqanizm səviyyəsində müalicə olunsa, daha effektiv və stabil nəticə almaq olur.

Diş əti xəstəliyi olan insanların 30%-nin ailələrində də bu problemlərin olduğu müəyyən edilib. Məlumdur ki, ağız və diş qulluğuna ciddi əhəmiyyət verməyən insanlar diş ətinin xəstəliyinə digərlərindən 6 qat daha çox məruz qalırlar.

Bir çox xəstəliyin etioloji faktoru olan siqaret, diş ətinin də problemlərinə səbəb olur və diş əti xəstəliklərinin inkişafına yol açır. Bədənin infeksiyalara qarşı müdafiəsiz qalmasına səbəb olan stress, diş əti xəstəliklərinin yaranmasında da təsirlidir.

Bədənin immunitetini gücləndirmək üçün qida maddələrinə diqqət yetirmək lazımdır. Buna məhəl qoyulmadıqda orqanizm xəstəliklərə qarşı həssas olur. Zərərli qida vərdişləri və infeksiyaların əmələ gəlməsini sürətləndirən metabolizm pozulmaları və artıq çəki ilə mübarizə aparılmazsa, diş ətinin xəstəliklərinin də inkişafının qarşısı alınmaz. Bununla yanaşı bədəndə bəzi vitaminlərin əskikliyi də diş əti problemlərinə səbəb olur.

Diş əti xəstəliyinin erkən mərhələlərini lazımi diş məcunu, diş fırçası, diş sapından daimi istifadə və düzgün təmizləmə texnikasına riayət etməklə önləmək olar. Mütəmadi aparılan stomatoloji müayinələr ilə diş əti xəstəliklərinin qarşısı alına bilər.

- Ortodontik problemlər nələrdir?

- Ortodontiya, diş-çənə anomaliyalarının müalicəsi və profilaktikası ilə məşğul olan bir sahədir. Ortodontiyada dişlərin, diş sıralarının, əngin və çənənin düzgün münasibəti və ideal estetik nizamına nail olmaq üçün müalicə aparılır. Hazırda ortodontik problemlərin hansı yaşda müalicə olunması ciddi problem olmasa da, ancaq diş-çənə anomaliyasının fəsadlarının qarşısını almaq üçün erkən yaşlarda aparılan müalicə daha vacibdir. Diş-çənə anomaliyalarının bir çox səbəbi ola bilər. Dişlərin vaxtından əvvəl çəkilməsi, dişlərin anomal quruluşu, dar əng və ya çənə bu amillərdəndir. Həmçinin bəzi diş-çənə anomaliyaları irsi olaraq da valideynləridən uşağa ötürülə bilər. Bu vəziyyətdə uşağı erkən yaşlarından mütəmadi olaraq diş həkiminə gətirmək lazımdır. Bəzi zərərli vərdişlər də anomaliyaların formalaşmasına təsir edir. Baş barmağı, yanağı və ya dodaqları gəmirmək, əmzikdən uzun müddət istifadə etmək, qələmi dişlər arasında tutaraq dişləmək kimi vərdişlər buna nümunədir.

- Ortodontik problemlərin qarşısını necə almaq olar?

- Uşaq qaşıqla qidalanmağa keçdiyi zamandan əmzik istifadəsini dayandırmaq lazımdır. İrsi diş problemlərinin qarşısını almaq mümkün olmasa da, belə halda erkən müalicəyə başlamaq lazımdır. Süd dişləri daimi dişlərin öz normal yerinə çıxması məqsədilə üz-çənə skelet sistemini hazırladığı üçün onların erkən, vaxtı çatmadan çıxarılması da ciddi problemlərə səbəb olur. Uşaq yaşlarından dişlər gündəlik fırçalanmalı və qulluqlarına laqeyd yanaşmamalıyıq. Ortodontik müalicə dişlərin görünüşünü yaxşılaşdırır və gözəl bir təbəssümü təmin edir. Ancaq düzgün diş-çənə quruluşu təkcə estetik görünüşü təmin etmir, həm də çeynəmənin rahat və nitqin səlis olmasına köməklik edir. Anomal yerləşən dişlərin düzəldilməsi ağız sağlamlığı üçün də vacibdir. Dişlərdəki sıxlıq, əyrilik dişlərinizin dayaq aparatını zəiflədə bilər ki, bu da ağız sağlamlığı üçün risk deməkdir. Diş-çənə anomaliyası müalicə edilməzsə, dişlərin kariyesi, diş əti xəstəliyi, diş itkisi, nitq və çeynəmə qüsurları, gicgah-çənə oynağının problemləri kimi narahatlıqlara yol aça bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri