Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Dissertasiyasına iki dəfə imtina alan dosent Prezidentdən KÖMƏK İSTƏDİ

Dissertasiyasına iki dəfə imtina alan dosent Prezidentdən KÖMƏK İSTƏDİ

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru dosent Əsəd Əliyev Azərbaycan Prezidenti İlham Əliyev müraciət edib.

“Cebheinfo.az” xəbər verir ki, o, Ali Attestasiya Komissiyasının Tarix və antropologiya üzrə ekspert şurasının müəllifi olduğu “XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı doktorluq dissertasiyasına ikinci dəfə imtina cavabı verməsindən narazıdır:

“Mən ekspert şurası üzvlərinin münasibətindən və onların işim haqqında çıxardığı qərarla razı deyiləm. Uzun illər üzərində işlədiyim, müvəffəqiyyətlə müdafiə etdiyim dissertasiya işimə adlı-sanlı yerli və xarici etnoqraf alimlər (AMEA-nın müxbir üzvü H.F.Səfərli, qazax alimi t.e.d., prof. J.Artıkbaev və b.) müsbət rəy vermişlər. 

Mənfi rəy aldığım gürcü alimi L.M.Caniaşvili də mənim etnoqrafik tədqiqatıma ciddi irad bildirmədən, əsasən Gürcüstan azərbaycanlılarının yaşadığı torpaqlarda aborigen olduğunu yazdığımla razılaşmadığını qeyd edir. Halbuki, mənbə və çoxsaylı müxtəlif tədqiqatlar Gürcüstan azərbaycanlılarının yerləşdikləri ərazilərin aborigen əhalisi olduğunu təsdiq edir. 

Bu barədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Tiflisdə azərbaycanlılar qarşısında çıxışında (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. V kitab. 9 mart 1996. s. 440-441) deyib: 

“Azərbaycanlılar Gürcüstanda öz vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdadlarının, öz ulu babalarının yaşadıqları diyarda, eldə, obada yaşayırlar. Borçalı Azərbaycan xalqının ən dəyərli diyarlarından biridir. Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. 

Mənim dostum Eduard Şevardnadze doğru deyir, Gürcüstanda yaşayan azərbaycanlılara heç diaspor demək olmaz. Çünki kənardan gəlmiş azərbaycanlılar deyil ki, onlara diaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır”.

O xatırladıb ki,  elmə təsadüfi gəlməyib:

“AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda həmin institutda ED 1.30 Dissertasiya Şurasının “etnoqrafiya-etnologiya” ixtisası üzrə Elmi Seminarının üzvüyəm. Həyatımın mənasını elmdə görərək, pedaqoji və digər fəaliyyətlə məşğul olmadan ömrümü yalnız etnoqrafiya elminin tədqiqinə həsr etmişəm. 4 monoqrafiyam, 50-dən çox elmi məqaləm daxili və xarici jurnallarda çapdan çıxıb, eyni zamanda 3-ü xaricdə olmaqla, 4 monoqrafiyanın həmmüəllifiyəm:
1. Gürcüstan azərbaycanlılarının mənəvi mədəniyyəti. Bakı, Elm, 1995

2. Haqqın gözü tərəzidir... (etnoqrafik düşüncələr). Bakı: Azərnəşr, 2006

3.XIX-XX əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti (tarixi-etnoqrafik tədqiqat). Bakı: Elm və təhsil, 2012

4. Gürcüstan azərbaycanlılarının etnoqrafiyası (təsərrüfat məişəti və maddi mədəniyyəti). Bakı: Avropa, 2019 

5. Qəbələ tarixi. İstanbul: Ihlas Gazetecilik A.Ş. – 2016 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif.

6. Qəbələ folkloru. İstanbul: Ihlas Gazetecilik A.Ş. – 2016 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif.

7. Qəbələ etnoqrafiyası. Istanbul: Ihlas Gazetecilik A.Ş. 2017 (Üç dildə: Azərbaycanca, rusca və ingiliscə) həmmüəllif.

8. Qarabağ: tarixi-etnoloji tədqiqat (maddi, mədəni və mənəvi irs). Bakı, 2023 həmmüəllif.

Cənab Prezident, xahiş edirəm azərbaycançılıq ideologiyası baxımından ilk dəfə tərəfimdən məişət və mədəniyyəti kompleks halda işlənib, tarixin yaddaşına ötürülən Gürcüstan azərbaycanlılarının heç kəsin istəyinə, düşüncəsinə qurban getməsinə yol verməyəsiniz! Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev çoxsaylı çıxış və nitqlərində dönə-dönə milli-mənəvi dəyərlərimizin toplanması, qorunması və öyrənilməsini (Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: Çoxcildlik əsərləri. 

Bakı: Azərnəşr, 2016. s. 18) tövsiyə edib: 

“Milli ideologiyamızın əsas hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz””.

O qeyd edib ki, uzun illər boyu Gürcüstanda yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərini, məişəti ilə bağlı müxtəlif məsələləri işıqlandırıb: 

“Bu isə kimlərinsə xoşuna gəlmir. Xalqın tarixi təkcə yazılı mənbələrdə deyil, eləcə də onun yeməyində, geyimində, yaşayış evlərində, habelə əfsanə və epik dastanlarında, rəvayətlərində, etnos tərəfindən yaradılıb, onu başqalarından fərqləndirən mədəniyyətin bütün sferalarında qorunur. 

Ona görə də Gürcüstanda yaşayan soydaşlarımız haqqında nə yazılırsa, dəyərləndirilməli, kimlərinsə subyektiv münasibətinə qurban verilməməlidir. 500 mindən artıq əhalinin taleyi ilə oynamaq, onların ərazinin yerli sakinləri olmalarına, məişət və mədəniyyətinə barmaqarası baxmaq nə AAK-a, nə də onların üzvlərinə üzağlığı gətirməz. Uzaq-yaxın haqq yerini tapacağına inanıram”.

O qeyd edib ki, AAK-ın Tarix və antropologiya ekspert şurasının üzvlərindən olan professor Məhəbbət Paşayevanın işi barəsində iki müsbət rəyi, eyni zamanda, seminarda dissertasiyam haqqında söylədiyi çıxışı var:

“Ekspert şurasında isə əleyhimə səs verib. Budurmu Prezident yanında Ali Attestasiya Komissiyasının ekspert şurası?! 

AAK-a 1-ci ekspert şurasının iclasına çağırıldığım vaxt professor Əliağa Məmmədlinin “Bütün suallara yaxşı cavab verdin. Düzdür, səni çox sıxdıq, lakin yaxşı müzakirə keçdi. Get, bir və ya bir ay yarıma cavab gələcək” deməsinə baxmayaraq, neçə aydan sonra mənə imtina məktubu gəldi. 

Niyə? Kimdir dissertasiyasını əzmlə yazıb, bu yolda canını-qanını verən mənim kimi adamların işinə mane olan, AAK-a nifrət yaradan? Kimdir Borçalı türklərinin varlığına, eyni zamanda, onların məişət və mədəniyyətinə darılan? Yaxşı olardı ki, ekspert şurasında etnoqrafik tədqiqatlara fikir bildirən şəxslərin elmi rəhbəri olduqları doktorantlarının dissertasiya işlərinə nəzər salınsın: 

şəxsi nüfuz və tutduğu mövqedən istifadə edərək AAK-dan “etnoqrafiya və etnologiya” ixtisası üzrə çox zəif və elm üçün əhəmiyyəti olmayan bəzi dissertasiya işləri təsdiq alır. AAK-da çıxışıma gəldikdə isə ardıcıl oxunan çoxsaylı və əksəriyyəti qeyri-elmi iradları yazılı qeyd etməyimə macal verilmir, şifahi yaddaşımda qalanlara cavab verməli oldum. 

Mənim 65 yaşım var. Ağır bronxial-astma xəstəliyimə görə təngənəfəsliyimdən bəzən fikrimi başa çatdıra bilmir və bununla bağlı gərginlik yaşayıram. Xəstəliyimlə bağlı yaddaş və nəfəs darlığı problemimin olması, eyni zamanda, bəzən ləhcə ilə danışmağım işim haqqında mənfi rəy yaradılmasına rəvac verməli deyil. 

Bu hal illərlə araşdırdığım mövzunun - dissertasiya işimin zəifliyinə dəlalət etmir. 30 ildən artıq bir müddətdə bu dissertasiya işimi canıma-qanıma hopdurmuşam. Təqdim etdiyim dissertasiya mənim taleyimin, eyni zamanda doğulub boya-başa çatdığım ərazinin sakinlərinin həyatlarının ən gərəkli səhifəsidir”. 

Müraciət müəllifi uzun illər ərzində yazdığı dissertasiya işinə şəxsi münasibət fonunda qərəzli və subyektiv münasibətin qarşısının alınmasını istəyib:

“Xahiş edirəm, ekspert şurası üzvlərinin subyektiv və qərəzli mövqeyini nəzərə alaraq, dissertasiya işimə yeni ekspert şurasında ədalətli şəkildə baxılmağa və layiq olduğum doktorluq diplomumu almağa kömək göstərin.  Haqq-ədalətin bərpa olunacağına inanır, göydə Allahdan, yerdə isə Sizdən kömək istəyirəm. İnanıram ki, Sizin sayənizdə AAK-ın bütün dolaşıq məsələlərinə son qoyulacaq”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri