Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Distant təhsil müəllim və tələbələrin şəxsən görüşmədiyi təhsil prosesidir. Bu təhsilin mahiyyəti ondan ibarətdir ki, materialın öyrənilməsinin bütün mərhələləri - mühazirə və təcrübədən imtahanlara, həmçinin digər testlərə qədər onlayn şəkildə baş verir. Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqə videozənglər, söhbətlər və onlayn simulyatorlar kimi internet texnologiyaları üzərindən həyata keçirilir.

Ölkə.az xəbər verir ki, 2020-ci ildə distant təhsilə tələbat kəskin şəkildə artdı, hətta əvvəllər yalnız oflayn rejimdə dərs deyən müəllimlər də pandemiya zamanı bu formata keçdilər.

Eyni zamanda, onların yarısı gələcəkdə onlayn texnologiyalardan istifadəni davam etdirməyi planlaşdırırdı. Bu gün də tələbələrin yarıdan çoxu distant təhsilə üstünlük verir. Eyni zamanda, müəllimlərin və tələbələrin müəyyən faizi distant əldə edilən biliklərin keyfiyyətinin daha yüksək olduğuna inanır. İşəgötürənlər də onlayn öyrənməyə müsbət yanaşırlar. Üstəlik, dünyada şirkətlərin 80%-i iş prosesində distant formatından istifadə edir.

Azərbaycanda 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulsa da, bu istiqamətdə konkret addım atılmayıb. 

Bugünlərdə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə bağlı yeni dövlət standartı qəbul etməsi bu sahədə ümid qığılcımı közərdib. Bu standart distant təhsil xidmətlərinin göstərilməsi, layihələndirilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir. Eyni zamanda, bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir. Təşkilatın məlumatında bildirilir ki, yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq, keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır. Bununla belə, ekspertlər hələ ki, hazırda təsdiqlənən qaydaları distant təhsilin ölkəmizdə tam tanınması kimi qəbul etmirlər. Hesab edirlər ki, bu, sadəcə gələcəkdə bu təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi baza rolunu oynaya bilər.

Təşkilatın yeni standartı həmçinin "bizdə distant təhsilə hazırlıq hansı səviyyədədir?”, "bu formata keçid gələcəkdə diplomların tanınması və işəgötürmədə problemlər yarada bilərmi?” və s. tipli sualları da meydana çıxarır.  

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu standartın hazırlanmasını vacib hesab edir: "Bu məsələ uzun illərdir cəmiyyətdə geniş müzakirə olunurdu. Bütün hallarda bu standartın qəbul edilməsi təhsilimizə öz töhfəsini verəcək və inkişafı üçün daha da imkanlar yaradacaq”. C.Məmmədovun fikrincə, ancaq təkcə standartın qəbulu yetərli deyil. Standartlarla yanaşı, qanunun da qəbuluna ehtiyac var, eyni zamanda Nazirlər Kabineti bu istiqamətdə addımlar atmalıdır: "Milli Məclisdə bir müddət əvvəl hazırlanan "Ali təhsil haqqında” qanunda bu məsələ ilə bağlı müəyyən müddəalar yer tapmışdı. Nəzərdə tutulmuşdu ki, "Distant təhsil haqqında” qanunda bu cür məsələlər  yer alsın. Hesab edirəm ki, ən qısa vaxtda bu haqda qanunun qəbuluna ehtiyac var və bu istiqamətdə müəyyən addımlar atmalıyıq”. Millət vəkili qeyd edir ki, bu gün Azərbaycan təhsilində tez-tez rastlaşdığımız problemlərdən biri də distant təhsillə bağlı diplomların tanınmamasıdır: "Vətəndaşlar tez-tez bu məsələ ilə bağlı bizə müraciət edir, narahatlıqlarını bildirirlər. Diplomların tanınmaması və qəbil edilməməsi çıxış yolu deyil. Biz bu istiqamətdə mütləq ciddi düşünməli, qərar qəbul edib real prosesə başlamalıyıq. Əks halda, bu istiqamətdə müzakirələrin və narahatlıqların davam etməsinin şahidi olacağıq”. 

ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadənin sözlərinə görə, dünyada distant təhsilə keçid prosesi son illərdə, xüsusilə pandemiya dövründən sonra sürətlənib. ABŞ, Böyük Britaniya, Avstraliya kimi inkişaf etmiş ölkələrdə universitetlərin əksəriyyəti distant və hibrid təhsil formatlarını uğurla tətbiq edir: "Bu ölkələrdə distant təhsilin keyfiyyəti və tanınması üçün ciddi akkreditasiya mexanizmləri mövcuddur. UNESCO və digər beynəlxalq qurumlar da distant təhsilin keyfiyyətinə dair standartlar hazırlayır və tətbiqini təşviq edir”. 

O.Kərimzadə bildirir ki, Azərbaycanda distant təhsilə keçid üçün ilkin addımlar atılsa da, hələ də hüquqi, texniki və metodoloji çərçivədə boşluqlar var: "Yeni qəbul olunan AZSTAND standartı müsbət təşəbbüsdür, lakin bu sahənin tam hüquqi bazasını formalaşdırmaq üçün ilk növbədə "Ali təhsil haqqında” yeni qanun qəbul olunmalıdır. Daha sonra Nazirlər Kabineti distant təhsilin təşkili, qiymətləndirilməsi, müəllim hazırlığı, texniki infrastruktur və akkreditasiya qaydalarını müəyyən etməlidir. Eyni zamanda, təhsil müəssisələri öz proqramlarını distant formaya uyğunlaşdırmalı və müəllim heyəti bu formatda tədris aparmaq üçün təlimlərdən keçməlidir”. İŞ üzvü hesab edir ki, gələcəkdə diplomların tanınması məsələsində problemin yaranmaması üçün distant təhsilin keyfiyyəti və şəffaflığı təmin olunmalıdır: "Beynəlxalq praktikada diplomun distant və ya əyani alınmasından çox, proqramın akkreditasiyası və ali təhsil müəssisəsinin nüfuzu əsas götürülür. Əgər Azərbaycan distant təhsil proqramlarını beynəlxalq standartlara uyğun qurarsa, bu cür problemlər minimal olacaq”. O.Kərimzadə ümumiyyətlə, bu təhsil formatını əhəmiyyətli hesab edir: "Distant təhsilin əhəmiyyəti böyükdür. Bu format regionlarda yaşayan, işləyən və ya əlilliyi olan şəxslərin təhsilə çıxışını artırır”.//"Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 May 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri