Icma.az
close
up
RU
Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Distant təhsil müəllim və tələbələrin şəxsən görüşmədiyi təhsil prosesidir. Bu təhsilin mahiyyəti ondan ibarətdir ki, materialın öyrənilməsinin bütün mərhələləri - mühazirə və təcrübədən imtahanlara, həmçinin digər testlərə qədər onlayn şəkildə baş verir. Müəllimlər və tələbələr arasında qarşılıqlı əlaqə videozənglər, söhbətlər və onlayn simulyatorlar kimi internet texnologiyaları üzərindən həyata keçirilir.

2020-ci ildə distant təhsilə tələbat kəskin şəkildə artdı, hətta əvvəllər yalnız oflayn rejimdə dərs deyən müəllimlər də pandemiya zamanı bu formata keçdilər. Eyni zamanda, onların yarısı gələcəkdə onlayn texnologiyalardan istifadəni davam etdirməyi planlaşdırırdı. Bu gün də tələbələrin yarıdan çoxu distant təhsilə üstünlük verir. Eyni zamanda, müəllimlərin və tələbələrin müəyyən faizi distant əldə edilən biliklərin keyfiyyətinin daha yüksək olduğuna inanır. İşəgötürənlər də onlayn öyrənməyə müsbət yanaşırlar. Üstəlik, dünyada şirkətlərin 80%-i iş prosesində distant formatından istifadə edir.

Azərbaycanda 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulsa da, bu istiqamətdə konkret addım atılmayıb. 

Bugünlərdə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə bağlı yeni dövlət standartı qəbul etməsi bu sahədə ümid qığılcımı közərdib. Bu standart distant təhsil xidmətlərinin göstərilməsi, layihələndirilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir. Eyni zamanda, bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir. Təşkilatın məlumatında bildirilir ki, yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq, keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır. Bununla belə, ekspertlər hələ ki, hazırda təsdiqlənən qaydaları distant təhsilin ölkəmizdə tam tanınması kimi qəbul etmirlər. Hesab edirlər ki, bu, sadəcə gələcəkdə bu təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi baza rolunu oynaya bilər.

Təşkilatın yeni standartı həmçinin "bizdə distant təhsilə hazırlıq hansı səviyyədədir?”, "bu formata keçid gələcəkdə diplomların tanınması və işəgötürmədə problemlər yarada bilərmi?” və s. tipli sualları da meydana çıxarır.  

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu standartın hazırlanmasını vacib hesab edir: "Bu məsələ uzun illərdir cəmiyyətdə geniş müzakirə olunurdu. Bütün hallarda bu standartın qəbul edilməsi təhsilimizə öz töhfəsini verəcək və inkişafı üçün daha da imkanlar yaradacaq”. C.Məmmədovun fikrincə, ancaq təkcə standartın qəbulu yetərli deyil. Standartlarla yanaşı, qanunun da qəbuluna ehtiyac var, eyni zamanda Nazirlər Kabineti bu istiqamətdə addımlar atmalıdır: "Milli Məclisdə bir müddət əvvəl hazırlanan "Ali təhsil haqqında” qanunda bu məsələ ilə bağlı müəyyən müddəalar yer tapmışdı. Nəzərdə tutulmuşdu ki, "Distant təhsil haqqında” qanunda bu cür məsələlər  yer alsın. Hesab edirəm ki, ən qısa vaxtda bu haqda qanunun qəbuluna ehtiyac var və bu istiqamətdə müəyyən addımlar atmalıyıq”. Millət vəkili qeyd edir ki, bu gün Azərbaycan təhsilində tez-tez rastlaşdığımız problemlərdən biri də distant təhsillə bağlı diplomların tanınmamasıdır: "Vətəndaşlar tez-tez bu məsələ ilə bağlı bizə müraciət edir, narahatlıqlarını bildirirlər. Diplomların tanınmaması və qəbil edilməməsi çıxış yolu deyil. Biz bu istiqamətdə mütləq ciddi düşünməli, qərar qəbul edib real prosesə başlamalıyıq. Əks halda, bu istiqamətdə müzakirələrin və narahatlıqların davam etməsinin şahidi olacağıq”. 

ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadənin sözlərinə görə, dünyada distant təhsilə keçid prosesi son illərdə, xüsusilə pandemiya dövründən sonra sürətlənib. ABŞ, Böyük Britaniya, Avstraliya kimi inkişaf etmiş ölkələrdə universitetlərin əksəriyyəti distant və hibrid təhsil formatlarını uğurla tətbiq edir: "Bu ölkələrdə distant təhsilin keyfiyyəti və tanınması üçün ciddi akkreditasiya mexanizmləri mövcuddur. UNESCO və digər beynəlxalq qurumlar da distant təhsilin keyfiyyətinə dair standartlar hazırlayır və tətbiqini təşviq edir”. 

O.Kərimzadə bildirir ki, Azərbaycanda distant təhsilə keçid üçün ilkin addımlar atılsa da, hələ də hüquqi, texniki və metodoloji çərçivədə boşluqlar var: "Yeni qəbul olunan AZSTAND standartı müsbət təşəbbüsdür, lakin bu sahənin tam hüquqi bazasını formalaşdırmaq üçün ilk növbədə "Ali təhsil haqqında” yeni qanun qəbul olunmalıdır. Daha sonra Nazirlər Kabineti distant təhsilin təşkili, qiymətləndirilməsi, müəllim hazırlığı, texniki infrastruktur və akkreditasiya qaydalarını müəyyən etməlidir. Eyni zamanda, təhsil müəssisələri öz proqramlarını distant formaya uyğunlaşdırmalı və müəllim heyəti bu formatda tədris aparmaq üçün təlimlərdən keçməlidir”. İŞ üzvü hesab edir ki, gələcəkdə diplomların tanınması məsələsində problemin yaranmaması üçün distant təhsilin keyfiyyəti və şəffaflığı təmin olunmalıdır: "Beynəlxalq praktikada diplomun distant və ya əyani alınmasından çox, proqramın akkreditasiyası və ali təhsil müəssisəsinin nüfuzu əsas götürülür. Əgər Azərbaycan distant təhsil proqramlarını beynəlxalq standartlara uyğun qurarsa, bu cür problemlər minimal olacaq”. O.Kərimzadə ümumiyyətlə, bu təhsil formatını əhəmiyyətli hesab edir: "Distant təhsilin əhəmiyyəti böyükdür. Bu format regionlarda yaşayan, işləyən və ya əlilliyi olan şəxslərin təhsilə çıxışını artırır”. 

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 May 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri