Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

“Distant təhsil milli rəqəmsal transformasiyanın strateji sütunu və inkişafın yeni paradiqmasıdır…” EKSPERT

“Distant təhsil milli rəqəmsal transformasiyanın strateji sütunu və inkişafın yeni paradiqmasıdır…” EKSPERT

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ, Böyük Britaniya, Çin, Cənubi Koreya, Estoniya, Sinqapur və digər ölkələr distant təhsili fövqəladə vəziyyət üçün ehtiyat mexanizm kimi deyil, milli rəqəmsal inkişaf strategiyasının ayrılmaz hissəsi kimi formalaşdırıblar...”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə  “Distant təhsil milli rəqəmsal transformasiyanın strateji sütunu və  inkişafın yeni  paradiqmasıdır…”  başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

XXI əsrdə dövlətlərin sərvəti dəyişib...

Uzun müddət ölkələrin inkişafı təbii sərvətlər, sənaye və ucuz əmək qüvvəsi ilə əlaqələndirilirdi.  Lakin XXI əsrdə əsas sərvət insan kapitalıdır.  Bu gün dünyanın ən inkişaf etmiş ölkələri iqtisadi güclərini ilk növbədə  keyfiyyətli təhsil, elmi tədqiqatlar, innovasiya, rəqəmsal texnologiyalar, süni intellekt, yüksək ixtisaslı kadrlar  kimi amillərdən asılıdır.  Bu reallıq ali təhsil siyasətinə də yeni tələblər irəli sürür.

Bilik iqtisadiyyatının əsas resursu universitetdir...

Bilik iqtisadiyyatında universitet yalnız diplom verən müəssisə deyil. Müasir  universitet  yeni bilik yaradır, innovasiya istehsal edir, texnologiya transferini həyata keçirir, startap ekosistemini formalaşdırır, rəqabətədavamlı insan kapitalı hazırlayır.  Bu funksiyaları yerinə yetirmək üçün universitetlərin rəqəmsal transformasiyası vacibdir...

Distant təhsil strateji məsələdir... 

2009-cu ildə qəbul edilən “Təhsil haqqında qanun”da  distant təhsil, təhsil forması kimi təsdiq edilsə də, məmurlar bu texnologiyanın tətbiqinə imkan vermədilər. Bəzən  də distant təhsilə yalnız tədrisin alternativ forması kimi yanaşılır. Əslində isə distant təhsil  universitetlərin rəqəmsal transformasiyasının əsas mexanizmlərindən biridir.  

Distant və hibrid təhsil, təhsilin əlçatanlığını artırır, ömürboyu öyrənməni dəstəkləyir, müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirir, süni intellekt texnologiyalarının tətbiqinə zəmin yaradır, beynəlxalq təhsil bazarına çıxışı genişləndirir, universitetlərin qlobal əməkdaşlığını gücləndirir.  Bu səbəbdən distant təhsil artıq ayrıca xidmət deyil,təhsilin inkişafı  siyasətinin mühüm  hissəsidir.

Süni intellekt dövründə yeni universitet modeli

Generativ süni intellekt universitetlərin fəaliyyətini köklü şəkildə dəyişir.  Generativ süni intellekt universitetlərdə  fərdi  təhsil marşrutları, Sİ əsaslı akademik məsləhətçilər, adaptiv öyrənmə platformaları, avtomatlaşdırılmış qiymətləndirmə,  virtual laboratoriyalar, rəqəmsal tədqiqat mühiti  yaradır.  Bu imkanların əksəriyyəti güclü distant və hibrid təhsil infrastrukturu olmadan səmərəli  həyata keçirilə bilməz...

Distant təhsil və insan kapitalı...

Müasir əmək bazarı yalnız diplomu deyil, davamlı öyrənmə bacarığını qiymətləndirir.    Rəqabətədavamlı  mütəxəssis  yeni texnologiyaları sürətlə mənimsəyir, peşəsini  daim təkmilləşdirir, bəzən yeni peşə öyrənir,   müxtəlif sahələr üzrə əlavə bacarıqlar əldə edir, süni intellektlə  sərbəst işləməyi bacarır. Distant təhsil bu prosesi sürətləndirən əsas alətlərdən biridir...

Rəqəmsal transformasiya distant təhsilsiz natamam qalır... 

Elektron jurnalın tətbiqi, kompüterlərin alınması və ya internetin sürətləndirilməsi vacib addımlardır.  Lakin bunlar rəqəmsal transformasiyanın yalnız texniki tərəfidir.  Tam transformasiya üçün rəqəmsal kurikulum, vahid təhsil platformaları, rəqəmsal qiymətləndirmə, öyrənmə analitikası, Sİ əsaslı tədris, virtual laboratoriyalar, hibrid və distant təhsil modelləri lazımdır. Bu elementlər bir-birini tamamlayır.

Beynəlxalq təcrübə nə göstərir?..

ABŞ, Böyük Britaniya, Çin, Cənubi Koreya, Estoniya, Sinqapur və digər ölkələr distant təhsili fövqəladə vəziyyət üçün ehtiyat mexanizm kimi deyil, milli rəqəmsal inkişaf strategiyasının ayrılmaz hissəsi kimi formalaşdırıblar. Bu ölkələrdə  rəqəmsal kampuslar, Sİ əsaslı təhsil sistemləri yaradıblar, onlayn magistr proqramları inkişaf etdiriblər,  beynəlxalq tələbə bazarını genişləndiriblər, universitetlərin qlobal rəqabət qabiliyyətini artırıblar.  Bu təcrübələr göstərir ki, distant təhsil universitetlərin ümumi inkişaf strategiyasına inteqrasiya edildikdə daha böyük nəticələr verir.

Azərbaycan üçün strateji prioritetlər...

Əgər Azərbaycan yüksək texnologiyalar və bilik iqtisadiyyatı əsasında inkişaf etməyi qarşısına məqsəd qoyursa, bu istiqamətlər prioritet olmalıdır:  distant və hibrid təhsil üzrə müasir hüquqi bazanın yaradılması, bütün universitetlər üçün vahid milli rəqəmsal təhsil platformasının qurulması, rəqəmsal kampusların yaradılması,  universitetin rəqəmal əkizi modelinin mərhələli tətbiqi, süni intellekt əsaslı tədris və idarəetmə sistemlərinin inkişafı, müəllimlərin rəqəmsal və  Sİ  kompetensiyalarının artırılması, virtual laboratoriyalar və açıq təhsil resurslarının genişləndirilməsi,  beynəlxalq onlayn proqramların və ortaq diplom layihələrinin təşviqi...

Distant təhsil – xərc  deyil, investisiyadır…

Distant təhsil sisteminin qurulması ilkin investisiya tələb edir. Lakin uzunmüddətli perspektivdə bu investisiyalar  daha çox vətəndaşın ali təhsilə çıxışını təmin edər,  universitetlərin beynəlxalq gəlirlərini artırar, müəllim və tələbə mobilliyini genişləndirər, innovasiya və tədqiqat fəaliyyətini gücləndirər, insan kapitalının keyfiyyətini yüksəldə bilər.  Beləliklə, bu sahəyə ayrılan vəsait sosial xərc deyil, strateji investisiya kimi qiymətləndirilməlidir.

Göründüyü kimi,  XXI əsrdə ali təhsil siyasəti yalnız auditoriyaların, binaların təmiri,  ənənəvi tədris modellərinin tətbiqi ilə  inkişaf edə  bilməz. Bilik iqtisadiyyatı və süni intellekt dövründə universitetlərin rəqabət qabiliyyəti onların rəqəmsal transformasiya səviyyəsi ilə sıx bağlıdır.

Bu baxımdan, əgər Azərbaycan yüksək texnologiyalar və bilik iqtisadiyyatı əsasında inkişaf etməyi qarşısına strateji məqsəd kimi qoyursa, distant və hibrid təhsil sisteminin yaradılması və inkişafı mühüm prioritetlərdən biri olmalıdır. Bununla belə, distant təhsil özlüyündə məqsəd deyil. O, keyfiyyətli kurikulum, güclü müəllim hazırlığı, müasir rəqəmsal infrastruktur, akademik azadlıq və ciddi  elmi tədqiqatlarla birlikdə milli rəqəmsal transformasiya siyasətinin ayrılmaz elementi kimi həyata keçirildikdə real nəticələr verə bilər...

Məhz belə bir yanaşma universitetlərin beynəlxalq rəqabət qabiliyyətini artırmağa, gənclərin müasir bacarıqlara sahib olmasına, ömürboyu öyrənmə mədəniyyətinin formalaşmasına,  Azərbaycanın bilik iqtisadiyyatına keçidinin sürətlənməsinə xidmət edə bilər...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 İyul 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri