Icma.az
close
up
RU
Distribütordan da avtomobil alanda ona güzəştlər edilsin AÇIQLAMA

Distribütordan da avtomobil alanda ona güzəştlər edilsin AÇIQLAMA

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda maşın qəbirstanlığı (avtoşrot və ya metal tullantılarının təkrar emalı məntəqələri) əsasən avtomobillərin ehtiyat hissələrinin satışı və təkrar emalı üçün fəaliyyət göstərən yerlərdir. Əhmədli tərəfədə, Masazır, Binəqədi ərazilərində, Ramana qəsəbəsində belə yerləri tapmaq mümkündür. Rəsmi təkrar emal mərkəzləri arasında Balaxanı tullantı zavodu var. Burada metal tullantıların utilizasiyası həyata keçirilir.

Bəs bu yerlərdəki maşınların taleyi necə olacaq?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlamasında bildirdi ki, köhnə, atılmış, yararsız və yaxud sahibi olmayan maşınlar mərhələli şəkildə utilizasiyaya gedəcək:

"Utilizasiya proqramına artıq başlanılıb, bunu həyata keçirmək üçün xüsusi portal da yaradılıb. Vətəndaş portala daxil olaraq özü və utilizasiyaya vermək istədiyi avtomobil haqqında məlumatları qeyd edir, daha sonra utilizasiya həmin avtomobili alır və s. Təxminən 45 avtomobil utilizatorlara göndərilib. Utilizatorlar həmin minik avtomobili sahiblərinə təxminən 1500 manat civarında təsdiq sənədi verirlər. Həmin sənəd vasitəsilə avtomobilini utilizasiyaya verən şəxs yerli sənayedə yeni istehsal olunan avtomobil alarkən həmin məbləğ ona güzəşt edilir. Əgər vətəndaş avtomobil almaq istəmirsə, həmin məbləğin 70 faizi ona nağd olaraq utilizator tərəfindən ödənilir".

Bəs sahibsiz, tullanmış avtomobillərin vəziyyəti necə olacaq?

Ekspert bu barədə Türkiyə təcrübəsindən misal çəkdi:

"Belə ki, Türkiyədə əgər avtomobil qəza edib, cərimə meydançasında, yaxud hardasa qalıb və sahibi də tapılmırsa, eyni zamanda faktiki olaraq avtomobil uçotdan çıxarılmayıbsa, utilizasiyaya getməzdən öncə ilk növbədə dövlət yol polisində uçotdan çıxarılmalıdır. Həmin avtomobilin sahibinin varisləri axtarılıb tapılır, ona xüsusi məktub ünvanlanır. Bildirilir ki, 3 ay ərzində həmin tullanmış avtomobili meydançadan götürsünlər. Götürməsələr, dövlətin hüququ var ki, həmmin avtomobili öz hesabına utilizasiyaya göndərsin. Cavab gəlməyəndə isə məcburi şəkildə utilizasiyaya göndərilir. Azərbaycanda da bunu tətbiq etmək mümkündür". 

E.Cəfərovun sözlərinə görə, yaxşı olardı ki, utilizasiyaya verilən məbələğin qiyməti artırılsın:

"Bu, daha çox vətəndaşları prosesə həvəsləndirərdi. Utilizasiyaya avtomobili verən şəxsə vauçer verilir ki, o, yerli istehsal avtomobil alsın. Biz təklif edirik ki, ölkədə fəaliyyət göstərən rəsmi distribütordan da avtomobil alanda ona güzəştlər edilsin".

(redaktor.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri