Icma.az
close
up
RU
Diyabet xəstələrinin ən çox etdiyi 5 SƏHV

Diyabet xəstələrinin ən çox etdiyi 5 SƏHV

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Diyabetlə bağlı cəmiyyətdə yayılan yanlış məlumatlar və bu məlumatların bir-biri ilə ziddiyyət təşkil etməsi xəstələr arasında çaşqınlıq yaradır.

Pravda.az diyabetlə bağlı ən çox rast gəlinən və doğru bilinən beş yanlış fikri təqdim edir:

1. Diyabet xəstələri hamilə qala bilməz

Hər sağlam qadın kimi, diyabet xəstələri də hamilə qala bilər. Müvafiq müalicə və qan şəkərinin nəzarətdə saxlanılması ilə bu, mümkündür. Lakin diqqət edilməli əsas məqam hamiləlik planlamasından əvvəl mütləq həkim müayinəsindən keçməkdir. Bəzi dərmanlar hamiləlik dövründə istifadəyə uyğun olmadığından xüsusi pəhriz və dərman proqramı hazırlanmalıdır.

2. Diyabet irsi xəstəlikdir

Əvvəlcə qeyd edilməlidir ki, birinci tip diyabet irsi xəstəlik deyil. Yəni valideyndə 1-ci tip diyabet varsa, bu, mütləq şəkildə övladına keçmir. 1-ci tip diyabet insulin hormonunun səviyyəsi ilə bağlı olduğu üçün müalicə insulinlə aparılır. Lakin ikinci tip diyabetə sahib valideynlərin övladlarında gələcəkdə diyabet riski daha yüksək ola bilər.

3. İnsulin korluğa səbəb olur

İnsulin dərman deyil, bədənin ehtiyac duyduğu, lakin kifayət qədər istehsal edə bilmədiyi hormondur. İnsulinlə bağlı yayılan miflər həqiqəti əks etdirmir və bu hormon korluğa səbəb olmur. Göz sağlamlığını pozan məhz diyabetin özüdür. Buna görə də diyabet xəstələri mütəmadi olaraq göz müayinəsindən keçməlidirlər.

4. Diyabet xəstələri idman edə bilməz

Diyabet xəstələrinin idman edə bilməyəcəyi fikri tamamilə yanlışdır. Əksinə, fiziki aktivlik diyabetlə mübarizədə olduqca vacibdir. Lakin idmandan əvvəl və sonra qan şəkəri yoxlanmalı, ehtiyac olarsa, qəlyənaltı əlavə edilməlidir. Çünki acqarına edilən idman hipoglisemiya riskini artırır. Araşdırmalar göstərir ki, mütəmadi idman insulin ehtiyacını azalda və zamanla aradan qaldıra bilər.

5. . İnsulin kökəldir

Diyabet xəstələrinin sağlam və balanslı pəhrizlə yanaşı müntəzəm fiziki aktivliyə də önəm vermələri vacibdir. Bu, yalnız çəkiyə nəzarət üçün deyil, daha sağlam həyat üçün də əhəmiyyətlidir. İnsulin bəzən iştahı artıra bilər, lakin bu təsir insulinin digər dərmanlarla birlikdə istifadəsi ilə minimuma endirilə bilər. Əsas məsələ xəstənin pəhriz və fiziki fəaliyyət proqramına ciddi şəkildə əməl etməsidir.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see149

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see141

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see137

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see131

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see126

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see116

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see114

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see111

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see109

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri